Icma.az
close
up
RU
Ərdoğanın sülh mesajı İstanbulda yeni danışıqlar masası qurula bilər

Ərdoğanın sülh mesajı İstanbulda yeni danışıqlar masası qurula bilər

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasın yekunlarına dair Türkiyə Milli Təhlükəsizlik Şurasının bəyanatında qeyd olunub ki, Ankara Rusiya-Ukrayna münaqişəsinin həllinə istənilən töhfəni verməyə hazırdır.

"İclasda Türkiyənin Rusiya və Ukrayna arasında daimi sülhün qurulması üçün məsuliyyəti öz üzərinə götürməyə və bu prosesə istənilən töhfəni verməyə hazır olduğu təsdiqlənib", - sənəddə qeyd olunub.

Siyasi şərhçi Kənan Novruzov Sfera.az-a açıqlamasında bildirib ki, müharibənin ilk günündən Ankara tərəflər arasında balanslı davranır. Ukraynanın ərazi bütövlüyünü dəstəkləməklə yanaşı, Türkiyə eyni zamanda Rusiyaya qarşı sanksiyalara da qoşulmur.

K. Novruzov söyləyib ki, indiyə qədər məhz Türkiyənin səyləri və iradəsi nəticəsində Taxıl Sazişi barədə razılığa gəlinib, tərəflər arasında əsir mübadiləsi həyata keçirilib. "Həmçinin İstanbulda artıq üçüncü raundu keçirilmiş müzakirələr də Türkiyənin uğurlu vasitəçiliyini göstərir", – deyə siyasi şərhçi əlavə edib.

K. Novruzov qeyd edir ki, Ərdoğan daha əvvəl yaxın gələcəkdə sülh masasının İstanbulda qurulacağını, müharibənin bitmə ehtimalını bildirmişdi:

“Ankaranın bu təşəbbüskarlığı ABŞ-ın Rusiyanı təhdid etməyə başladığı və ona Ukrayna ilə danışıqlara başlamaq üçün "son tarix" qoyduğu vaxta təsadüf edir. Bu isə iki mümkün versiyanı gündəmə gətirir.

Birinci versiya budur ki, ola bilsin, Ankara Vaşinqtonun "moderatorluğundan" narazıdır. Buna görə də Ərdoğan ölkəsinin məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu açıq şəkildə bəyan edib. Mümkündür ki, Türkiyə bu məsələdə həm də Rusiyanın maraqlarını qorumağa çalışır və ABŞ-ın ritorikasını dəyişməsi ilə bağlı öz mövqeyini ortaya qoyur.

İkinci versiya isə ABŞ və Türkiyənin bu məsələdə koordinasiyalı fəaliyyət göstərməsi ehtimalıdır. İstisna deyil ki, Ağ Evin rəhbəri Donald Tramp Ankaranın beynəlxalq aləmdəki nüfuzuna, vasitəçilik təcrübəsinə və həm Rusiya, həm də Ukrayna ilə münasibətlərinə arxalanaraq ondan bu məsələdə kömək istəyib”.

O əlavə edib ki, həm Kiyev, həm də Moskvanın Ankaraya münasibəti Vaşinqtona nisbətən daha etibarlıdır: 

“ABŞ isə Türkiyədən fərqli olaraq sürüşkən siyasət yürüdür ki, bu, həm Rusiyanın, həm də Ukraynanın inamsızlığına səbəb olur. Bütün hallarda, hansı versiyanın doğru olduğunu zaman göstərəcək. Amma bir şey aydındır: Türkiyə vasitəçilik təşəbbüslərini davam etdirəcək”.


Firuzə Əliyeva
Sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://sfera.az
archiveBu xəbər 02 Avqust 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri