Icma.az
close
up
RU
Erməni avantürizmi və din amili

Erməni avantürizmi və din amili

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

ABŞ rəsmiləri və kollektiv Qərbin təmsilçiləri nəzərə almalıdırlar ki...

ABŞ Dövlət katibinin Demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müavini Rayli Barns Ermənistanda olub və ölkəyə səfərinin yekunları ilə bağlı açıqlama yayıb. Açıqlamada vurğu “Ermənistanın zəngin xristian irsinə və mədəniyyətinə” heyranlıq üzərinə qoyulub. İlk baxışdan cənab Barnsın bildirdiklərində təəccüblü nə isə istisnadır. Amma...

“Əmma” barədə sonra söz açacağıq. Əvvəla onu deyək ki, Ermənistanda kilsə-hakimiyyət münasibətlərinin hazırkı gərgin fazasında Birləşmiş Ştatların yüksək ranqlı təmsilçisinin ölkəyə səfəri adi qarşılana bilməz. Məlum olduğu kimi, Ermənistandakı müxalif kəsim Baş nazir Nikol Paşinyan administrasiyasının antikilsə mövqeyini, az qala, bidətçilik və xristianlıqdan uzaqlaşma olaraq qiymətləndirir. Əks qütb var gücü ilə bu təbliğatı hay cəmiyyətinə yayır ki, sadə xalq kütlələri iqtidar əleyhinə çıxsınlar. Daha doğrusu, müxaliflər özlərinin hakimiyyətə qarşı mübarizələrinə vətəndaşların dəstəyini artırmaq üçün din amilindən yararlanmağa cəhd göstərirlər.

Təsəvvür edin, belə bir məqamda ABŞ-ın həm də dini məsələlərə mükəlləf təmsilçisi Ermənistana təşrif buyurur. Diqqət yetirək, Rayli Barns bütün ermənilərin katolikosu II Qareginlə yox, arxiyepiskop Natan Ovanesyanla görüşür. Yəni o, Erməni Apostol Kilsəsinin rəhbəri ilə deyil, kilsənin beynəlxalq əlaqələrinə mükəlləf şəxslə təmas qurur. Əlbəttə, demək olmaz ki, N.Ovanesyan Paşinyanın düşərgəsinə yaxın şəxsdir. Son illərdə onun da iqtidar əleyhinə kəskin çıxışları olub. Ancaq bu çıxışlar ümumi ritorikadan kənara çıxmayıb.

Digər tərəfdən, R.Barns kimi yüksək ranqlı ABŞ diplomatının erməni kilsəsinin sırf beynəlxalq əlaqələrə məsul şəxsi tərəfindən müşayiət edilməsi o deməkdir ki, Vaşinqton təmsilçisi bu dini təşkilatın yalnız müvafiq şəxsi ilə görüşür. Halbuki diplomatın tutduğu vəzifə nəzərə alınaraq, onun Ovanesyana deyil, II Qareginə fokuslanması lazım idi. Barns isə təşəkkürünü məhz arxiyepiskop Natana çatdırıb.

Bəli, ABŞ Barnsın səfəri ilə erməni hakimiyyətini, bir növ, hay cəmiyyətinin mümkün dinsizlik ittihamından qoruyur və beləliklə, Paşinyan hakimiyyətinin antikilsə ritorikasına, bir növ, leqallıq donu biçir. Əslində, burada da qeyri-adi nə isə yoxdur. Birləşmiş Ştatlar başda olmaqla, kollektiv Qərb bütün sahələrdə hay iqtidarını dəstəklədiyi kimi, dini sahədə də eyni xəttini gerçəkləşdirir. Elə isə keçək barəsində söz açacağımızı bildirdiyimiz “əmma”ya.

Qeyd edək ki, cənab Barnsın yuxarıda diqqətə çatdırdığımız səfər təəssüratı bölüşümünün tam mətni belədir: “Ermənistanı inanılmaz təəssüratlarla tərk edirəm: ölkənin zəngin xristian irsinə və mədəniyyətinə heyranam”. İlk baxışdan, bu deyimdə də elə bir qeyri-adilik yoxdur. Nəzərə alaq ki, Barns rəsmi müraciətində dini liderlərə və muzey əməkdaşlarına, xüsusən N.Ovanesyanla yanaşı, onu Xor Virap monastırında və Matenadaranda qarşılayanlara da qonaqpərvərliyə görə təşəkkür edib. Başlıca məqam isə Birləşmiş Ştatlar təmsilçisinin təşəkkürü yox, heyranlığıdır.

Doğrudanmı, kiçik Ermənistan xristian irsi və mədəniyyətinin böyük daşıyıcısıdır? Hesab edirik ki, bu sualı özünə təkcə cənab Barns və ABŞ administrasiyasının digər üzvləri ilə yanaşı, bütövlükdə kollektiv Qərbin təmsilçiləri verməlidirlər. Axı Ermənistanın paytaxtı İrəvandır. O İrəvan ki, qədim türk yurdudur. O İrəvan ki, paytaxt statusu daşımağa başlayandan sonra müsəlman irsi, demək olar, yer üzündən silinib. Nəhayət, söhbət xristian dini abidələrinin yaşının bir o qədər çox olmadığı İrəvandan gedir. Böyüklük və zənginlik isə, ilk növbədə, qədimliklə ölçülür və ölçülməlidir.

Başqa bir yandan, vaxtilə, yəni son dəfə 1988-1991-ci illərdə qeydə alınmış deportasiyayadək Ermənistanın nəinki paytaxt İrəvan şəhərində, eləcə də ölkənin bölgələrində də azərbaycanlılar kompakt halda yaşayıblar. Onların dini abidələrinin məhv edildiyini bir kənara qoyuruq. Məsələ azərbaycanlıların yaşadıqları ərazilərdə inşa edilmiş xristian dini məbədlərinin yaşının da çox olmaması ilə bağlıdır. Yəni belə bir durumda da zənginlikdən danışmağa dəyməz. Deməli, bir-iki nisbətən qədim dövrə aid monastırdan da heyrətlənmək və onlara xristian irsi demək yerinə düşmür.

Hərçənd Barnsın heyrətlənməsini mümkün sayırıq. Çünki hazırda ABŞ-ın qərarlaşdığı ərazidə, məsələn, Xor Virap kimi ilkin orta əsrlərə aid xristian məbədi yoxdur. Digər xalqlara, yəni qitənin aborigen əhalisinə məxsus dini abidələrin aqibəti isə indiki Ermənistanda mövcud olmuş müsəlman məbədlərinin acınacaqlı aqibətinə bənzərdir. Bənzərliyi isə detallı vurğuladıq.

Əlqərəz, üçüncü və əsas məqama diqqət yetirək. Bir müddət əvvəl Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qərb dünyasının ölkəmizin xristian irsinə lazımınca diqqət yetirmədiyini vurğuladı. Nəzərə alaq ki, H.Hacıyev məsələni təsadüfən qabartmır. Çünki Qərb dünyası Cənubi Qafqazda xristianlıq dedikdə həmişə, bir qayda olaraq, Ermənistana, qismən Gürcüstana fokuslanır. Ən pisi isə budur ki, belə yanaşma siyasi məqsədlərə hesablanır və özündə ayrıseçkilik motivlərini daşıyır.

Yeri gəlmişkən, Ermənistan illər ərzində Azərbaycan torpaqlarının işğalını legitimləşdirmək üçün din amilindən də geninə-boluna bəhrələnmişdi. Rəsmi İrəvan ölkənin, guya, Qafqazda ilk dəfə xristianlığı qəbul etməsi mifini, bir növ, sipərə çevirmişdi. Sözümüz ondadır ki, hazırda Ermənistanda xristian irsindən heyranlıq duyanlar bu barədə ciddi düşünməlidirlər. Düşünməli və erməni cəmiyyətinin hələ də canından çıxmayan tipik xəstəlikdə, şovinizm əlamətlərində dinin xüsusi çəkisinin olduğunu mütləq şəkildə nəzərə almalıdırlar.

İndiki halda ABŞ dövlətinin təmsilçiləri həm də ona görə bildirdiyimiz məqamı nəzərə almalıdırlar ki, Birləşmiş Ştatlar regionda sülh mühitinin mühüm təbliğatçısı və təşəbbüskarı qismində çıxış edir. Deməli, ölkənin rəsmiləri tipik erməniliyin, belə demək mümkünsə, sarı simlərinə toxunmamalıdırlar. Bu toxunmanın 44 günlük müharibədən sonra sarsıdılmış erməni avantürasına dəstək potensialının olduğu isə ayrıca nəzərə alınmalıdır. O avantürizm ki, sülh mühitinin qərarlaşmasına maneçilik törətməklə, Cənubi Qafqazın artıq reallıq fazasına daxil olmuş inkişafını, dünyaya inteqrasiyasını əngəlləmişdi. Bunları bildirərkən bir ümidi də ifadə edək. Ümid edək ki, nə vaxtsa ABŞ rəsmiləri, ümumən, kollektiv Qərbin ali səviyyəli təmsilçiləri Azərbaycanın xristian irsindən də heyranlıqlarını dilə gətirəcəklər.

Əvəz RÜSTƏMOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Oktyabr 2026 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1187

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see455

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see359

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see359

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see356

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see352

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see310

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see287

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see256

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see230

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see207

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see206

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see202

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see201

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see198

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see193

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see188

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see178

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see175

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri