Icma.az
close
up
RU
Ermənilərin Bakı simfoniyasını yazmağa imkan vermədiyi BƏSTƏKAR

Ermənilərin Bakı simfoniyasını yazmağa imkan vermədiyi BƏSTƏKAR

Icma.az, Modern.az saytına istinadən bildirir.

Azərbaycan musiqisinin incə ruhlu sənətkarlarından biri, milli romansın, simfonik və fortepiano musiqisinin banisi Asəf Zeynallı 1909-cu il aprelin 5-də Dərbənd doğulub. 1920-ci illərin əvvəllərində ailəsi ilə birlikdə Bakıya köçür, burada musiqi təhsilinə başlayır. O, 1922–1926-cı illərdə Bakı Musiqi Texnikumunda, ardınca isə Azərbaycan Dövlət Konservatoriyasında əvvəl orkestr, daha sonra isə bəstəkarlıq fakültəsində oxumuşdur. Asəf Zeynallı Azərbaycan Dövlət Konservatoriyasında professional bəstəkarlıq təhsili alan ilk azərbaycanlı musiqiçidir. Onun müəllimləri sırasında Üzeyir Hacıbəyli, B. Karagiçev, L. Yablonko kimi dövrün tanınmış bəstəkarlar olub.

Modern.az xəbər verir ki, bu gün görkəmli bəstəkar Asəf Zeynallının anadan olmasının 116 ili tamam olur.

Cəmi 23 illik ömründə o, Azərbaycan musiqi tarixində dərin iz buraxaraq çoxsaylı janrlarda əsərlər yaradıb. Asəf Zeynallı Azərbaycanda romans janrının yaradıcısı sayılır. “Ölkəm”, “Sərhədçi”, “Çadra”, “Sual”, “Seyran” kimi romanslar milli vokal musiqimizin klassikasına çevrilib. Xüsusilə Cəfər Cabbarlının sözlərinə bəstələdiyi “Ölkəm” əsəri musiqişünaslar tərəfindən bu janrın zirvəsi kimi dəyərləndirilir.


O həmçinin milli fortepiano musiqisinin əsasını qoyub, “Çahargah”, “Muğamsayağı”, “Uşaq süitası”, iki fuqa, fortepiano və skripka üçün pyeslər yazıb. A. Zeynallı Azərbaycanda simfonik janrın əsasını qoyan şəxs kimi tanınır. Onun “Fraqmentlər” simfoniyası bu sahədə yazılmış ilk orijinal nümunə sayılır. Təəssüf ki, “Bakı” adlı simfoniyasını tamamlamağa vaxtsız ölümü imkan vermədi.


Asəf Zeynallının teatr musiqisi sahəsində də əvəzsiz xidmətləri olub. O, 1929–1931-ci illərdə türk (Azərbaycan) fəhlə teatrında musiqi bölməsinə rəhbərlik edib, C.Cabbarlının “Sevil”, “Qayıdış”, H.Nəzirli və S.Rüstəmin “Yanğın”, A.Həmidin “Hind qızı”, V.Kirşonun “Küləklər şəhəri”, C.Xəndanın “Gizli əl” və digər tamaşalara musiqi bəstələyib. O, eyni zamanda Azərbaycan proletar musiqiçiləri birliyinin sədri idi.


1931-ci ildə Asəf Zeynallı Moskva və Leninqradda (Sankt-Peterburq) Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsertlər təşkil edib. O, folklor irsinin toplanmasına da xüsusi önəm vermiş, xalq mahnılarını nota köçürərək gələcək nəsillərə ərməğan etmişdir.


1928-ci ildən Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki musiqi məktəbində dərs deməyə başlayan Asəf Zeynallı “İbtidai not savadı” adlı dərslik yazıb. Tofiq Quliyev, Qara Qarayev, Zakir Bağırov, Cövdət Hacıyev kimi sonradan Azərbaycan musiqisində böyük ad qazanmış sənətkarlar onun yetirmələridir.


O, 1932-ci ildə Bülbüllə birlikdə xalq musiqisi nümunələrini toplamaq məqsədilə Qarabağa ezam olunur. Bəstəkar bu səfərə getmək istəməsə də, başladığı əsəri tamamlamadan getməyə məcbur edilmişdir. Təəssüf ki, bu ezamiyyət onun həyatının sonuncusu olur. 


Belə ki, Asəf Zeynallı ezamiyyətdə olanda ona bir stəkan su verirlər. O, sudan bir qurtum içəndə deyir ki, su xoşuma gəlmir, yanından kimsə təkid edir ki, iç, heç nə olmaz, buranın suyu belədir. Həmin suyu içəndən sonra halı dəyişir. Bakıya gəlib xəstəxanaya düşür. Əlavə söz-söhbət olmaması üçün də ailəsinə deyirlər ki, qarın yatalağından ölüb. Nəticədə onun  “Bakı” simfoniyası tamamlanmır.


Hətta bəzi versiyalara görə, Asəf Zeynallının ölümündə siyasi və milli zəmində düşmənçilik motivləri də olub. O, məktublarında ermənilərin ona qarşı təzyiqlərindən, onu şovinist adlandırmalarından, yalnız azərbaycanlı tələbələrə diqqət yetirməsi ilə günahlandırılmasından şikayətlənmişdir.


Xəstəxanada olduğu günlərdə son simfoniyasını otağının divarına yazır və qardaşından bu notların kağıza köçürülməsini xahiş edir. Təəssüf ki, onun bu son vəsiyyəti yerinə yetirilmir.


Asəf Zeynallı 1932-ci il oktyabrın 27-də dünyasını dəyişir. Əvvəlcə Çəmbərəkənd qəbiristanlığında dəfn olunan bəstəkarın qəbri sonradan “Qurd Qapısı” qəbiristanlığına köçürülür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Aprel 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see188

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see182

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see163

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see151

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri