Qadınlar qaynar xəttə ən çox bu mövzularla bağlı şikayət edir Rəqəmlər açıqlandı
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qadın Qaynar Xəttt xidməti (116111) 2022-ci ildə məhz Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iştirakı ilə açılıb. Operatorlar əsasən sosial işçilər və psixologlardır və 24 saat fəaliyyət göstərilir.
Ölkə.Az xəbər verir ki, bu barədə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyin sədri Kəmalə Aşumova "Təhlükəsiz həyatın qurulmasında icma liderlərinin rolu:Suraxanıda yeni sosial yanaşma” adlı konfransda deyib. O, statstikanı və müraciətlərin məzmununu açıqlayıb.
"2022-ci ildən bugünə qədər olan statistikamız 11 mindən çoxdur. Bu ilin 11 ayına nəzər salsaq, bizə 2565 müraciət daxil olub. Bu müraciətlərin sırasında məişət zorakılığı ilə bağlı müraciətlər təəssüf ki, daha çoxdur.
Həmçinin psixoloji xidmətdən yararlanma və sığınacaqlara yerləşdirilmə ilə bağlı müraciətlər çoxluq təşkil edir.
Qaynar xətt ilkin aşkarlayan və ilkin yardım göstərən bir xidmətdir. Bizim də əsas məqsədimiz odur ki, xüsusilə qadınlar konfidensial, anonim və daha rahat şəkildə müraciət edə bilsinlər",- deyə o əlavə edib.
Billurə Yunus
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 28 Noyabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















