Icma.az
close
up
RU
Ermənilərin uydurma soyrımından imtinası, Zaxarovanın “qarnının sancısı”…

Ermənilərin uydurma soyrımından imtinası, Zaxarovanın “qarnının sancısı”…

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanla Azərbaycan arasında dayanıqlı sülh istiqamətində addımların atılması Cənubi Qafqazda sülhün əldə olunmasında maraqlı olmayan güclərin və ölkələrin yuxusuna haram qatıb. Onlar onu da yaxşı anlayır ki,  Ermənistanla Azərbaycan arasında sülhün yaranmasından sonra  indiyədək bölgədəki gərginlikdən faydalanaraq əldə etdikləri “qazanclardan”  və digər bütün təsir imkanlarından məhrum olacaqlar. Bundan sonra bölgədə “suyu bulandırıb, bulanıq suda balıq tutmaq” mümkün  olmayacaq. Bu səbəbdən də həmin qüvvələri və ölkələr sülhün əldə olunmaı üçün qarşılıqlı etimad mühitinin yaranması istiqamətində atılan addımları əngəlləyib prosesi geri döndərməyə çalışırlar.
Düzdür, bu qüvvələr və  ölkələr üzdə İrəvanla Bakı arasındakı sülh təşəbbüslərini dəsətklədiklərini bəyan etsələr də, məqam düşdükcə içlərindəki çirkin niyyətlərini də gizlədə bilməyib açıq şəkildə dilə gətirirlər. Belə ölkələrdən biri də şimal qonşumuq olan Rusiyadır. Rusiya Cənubi Qafqazda sülhün. sabitliyin, təhlükəsizliyin təmin olunması məqsədi ilə İrəvanla Bakı arasında sülh təşıbbüslərinə dəstək verdiyini bəyan etsə də, əməl də isə tamamilə bunun əksini ortaya qoyurlar.  
Rusiya  xarici işlər naziirnin sözçüsü Mariya Zaxaraova oktyabrın 24-də verdiyi açıqlamasında bunu açıq şəkildə ortaya qoyub.  Kremlin xarici siyasət idarəsinin rəsmisi Mariya Zaxarovanın "Tarixdə elə vaxtlar olur ki, xalqlar və ölkələr çağırışların öhdəsindən gələ bilmədiklərinə görə sözün əsl mənasında yox olurlar. Çünki onlar həqiqətən müqəddəs hesab etdikləri və hesab etməli olduqları şeylərə xəyanət edirlər. Baxın, toxunulmaz görünən tarixin, o cümlədən “erməni soyqırımı” ilə bağlı tarixə əsaslanan toxunulmaz fəlsəfənin birdən-birə bir növ siyasi amilə çevrilməsi, onların sözləri ilə desək, atıla bilən bir amilə çevrilməsi məni sadəcə şoka saldı. Təsəvvür edə bilərsinizmi? Çünki onlar çox sayda insanın həyatı bahasına başa gəlib", - bəyan etməsi əslində Rusiyanın bölgədə sülhdə maraqlı olmamasının  bariz nümunəsidir. 
Zaxarovanın  bu bəyanatı ilk növbədə tarixi saxtalaşdırılması, ikincisi, bu, saxta tarixdən Rusiyanın  bölgədəki imperiya maraqlarını  təmin edib  təsir imkanlarını saxlamağa və davam etdirməyə, üçüncüsü isə  bölgədə  sülhün əldə olunmasına qarşı  açıq  şəkildə çıxmaq deməkdir. 
Zamanında Rusiyanın da iştirakı ilə bu cür saxta və uydurma erməni soyqırımı prinsiplərə əsaslanaraq tarixi Azərbaycan torpaqlarında Ermənistan adlı oyuncaq dövlət yaradılıb. Cənubi Qafqazda erməni dövləti yaradılmasının havadarlarının əsas məqsədi həm bölgədə təsir imkanlarını təmin etmək, həm  türk  toplumları arasında  quru əlaqələrini kəsib bir-birindən ayıraraq uzaqlaşdırmaq və assimlasiyaya uğratmaq olub. Bu güclər uydurma erməni soyqırım katından da faydalanaraq Türkiyə və Azərbaycana təzyiq vasitəsi kimi istifadə ediblər. Lakin dünya erməniçiliyi nə qədər ciddi-cəhd etsə də bölgədə “böyük Ermənistan” dövləti yaratmaq planı  nəticədə  cənab Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən, qətiyyətli siyasəti nəticəsində ağır məğlubiyyətə uğradılaraq tarixin zibilliyinə atıldı. 
Ermənistanın bir dövlət kimi Cənubi Qafqazda müstəqil  dövlət kimi varlığını sürdürmək istəyən bəzi erməni siyasətçilər, soyuq düşüncə sahibləri anlayır ki, “erməni soyqırımı” kimi uydurma firkilər  böyük güclərə və ölkələrə öz məqsədlərinə nail olmaq üçün bir alətdir. Bu da nəinki erməni dövlətçiliyini, həm də erməni cəmiyyətini məhvə sürükləyir. Ona görə də “nə qədər gec ziyanın yarısından qayıtmaqda” fayda var düşüncəsinə uyğun olaraq erməni dövlətçiliyinin varlığını qorumaq və nəhayətində qonşuları ilə normal münasibətlər şəraitində yaşamaq istiqamətində addıma atmağa cəhd etməkdədirlər. Əgər erməni cəmiyyəti bu  cür xəstə düşüncədən xilas ola biləcəksə,  həm öz dvölətlərinin varığını qoruyub  dünyaya sıx inteqrasiya oluna biləsəklər, ya da təcrid şəraitində qalaraq özləri-özlərini məhvə sürükləyəcəklər. İnanmaq istərdik ki, erməni cəmiyyəti  bu cür xəstə düşüncələrdən imtina edib kimlərinsə əlində alət rolundan xilas olacaqlar.
Moskva onu da yaxşı anlayır ki, müharibə nəticəsində öz ərazi bütövlüyü və suverenliyini bərpa edib qalib olan Azərbaycan Cənubi Qafqazda sülhün əldə edilməsi prosesində də qalib olması Rusiyanın istəklərini hədə yolu ilə bölgə ölkələrinə qəbul elətdirmək mümkün olmayacaq. Əlaqələr yalnız beynəlxalq hüquq və prinsiplərə əsaslanaraq bərabərhüquqlu səviyyədə  qurmaq mümkün olacaq. Ona görə də Zaxarova kimi imperiya qullarının “qarnının sancısı” tutub və istənilən vasitədən istifadə edərək İrəvanla Bakı arasındakı yaranmaqda olan etimad mühüitini pozsunlar. Amma Moskvadakı “qarın ağrı sancısından” əziyyət çəkən “xəstələr” onu da bilməlidirlər ki, Azərbaycan bölgədə sülhə, sabitliyə, təhlükəsizliyə, sıx əməkdaşlıq münasibətlərinin qurulmasına xələl gətirən bu cür zərərli “infeksiyalarının” qarşısını zamanında  həyata keçirdiyi proflaktik vaksinasiya vasitəsi ilə alacaq. Bütün çətinliklərə baxmayaraq  Cənubi Qafqazda istənilən sülh və sabitlik təmin olunacaq. Rusiya da başda olmaqla digər  qüvvələr və ölkələr də sonunda  Azərbaycanın yaratdığı bu reallıqla hesablaşmalı olacaqlar.
Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 Oktyabr 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see171

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri