Ermənistan dili və ədəbiyyatının Azərbaycanda öyrədilməsi üçün ayrıca bir universitetə ehtiyac yoxdur
Icma.az, Bizimyol saytına istinadən bildirir.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, günün reallıqları Ermənistanın araşdırılmalı olduğunu tələb edir. Deputat qeyd edib ki, əslində bu gün müxtəlif strukturlar tərəfindən tədbirlər görülür.
Ceyhun Məmmədov
Ceyhun Məmmədov erməni dili və ədəbiyyatının öyrənilməsi üçün ayrıca bir universitetə ehtiyac olduğunu düşünmür. Deputat bildirib ki, onsuz da bu gün Azərbaycanda bir sıra universitetlərdə erməni dili tədris edilir.
Deputat vurğulayıb ki, bu gün Ermənistanda Azərbaycan və digər Türk dövlətlərinin dilləri tədris edilir, ölkəmiz izlənir, tariximiz öyrənilir. Buna qarşılıq tədbir olaraq, Azərbaycanda da Ermənistan tarixi və dili də öyrənilə bilər.
Ceyhun Məmmədovun fikrincə, Ermənistanla bağlı ayrıca bir mərkzin yaradılması istisna edilmir, bu məsələ nəzərdən keçirilə bilər. Deputat qeyd edib ki, bu məsələ həssaslıq tələb edir.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 03 Dekabr 2024 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















