Ermənistan hakimiyyəti “DQR”in İrəvandakı “nümayəndəliyi”nin binasını separatçılardan almaq istəyir
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Ermənistan hakimiyyəti özünü buraxan qondarma “Dağlıq Qarabağ Respublikası”nın İrəvandakı “nümayəndəliyi”nin binasını Qarabağ separatçılarından almaq istəyir.
APA Ermənistan mediasına istinadən xəbər verir ki, Baş Prokurorluq bununla bağlı məhkəməyə müraciət edib.
İddianın məqsədi “DQR” “Nazirlər Kabineti”nin 2017-ci ilin martında qeydiyyatdan keçmiş mülkiyyət hüququnu etibarsız saymaqdır.
Daşınmaz Əmlakın Kadastrı üzrə Dövlət Komitəsinə qarşı iddia qaldırılıb.
Qeyd edək ki, 2023-cü ilin sentyabr ayında Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejim özünü buraxdığını elan edib.

İrəvandakı “Qarabağ nümayəndəliyi” bağlanacaq?
19 Aprel 2025 11:40
Ermənistan MTX qondarma “dqr”in saytlarını bağladı
08 Aprel 2025 11:59
“Ermənistan tarixi” dərsliyində qondarma “dqr” bölməsi varmış
16 Sentyabr 2025 18:39
AP nin Kiyevdə nümayəndəliyi açılıb
17 Sentyabr 2025 15:56
Paşinyan İrəvandakı Artsax binasını bağlayır
18 İyul 2025 12:58

