Icma.az
close
up
RU
Ermənistan müharibəyə hazırlaşır? “Risklər var, diqqətli olmalıyıq”

Ermənistan müharibəyə hazırlaşır? “Risklər var, diqqətli olmalıyıq”

Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fərhad Mehdiyev: “Sülhdən yayınan Ermənistanın siyasətini dəstəkləməklə Avropa burada da münaqişənin alovlanmasında maraqlı tərəf ola bilər”

Ermənistan ordusuna məxsus yük maşınlarının hazırlığı ilə bağlı yeni videogörüntülər yayılıb. Bu barədə "Bez tormozov" “Telegram” kanalında video paylaşıb. Videodan görünür ki, yük avtomobillərində Ermənistan silahlı qüvvələrinin D30 haubitsaları və hərbçiləri daşınır.

Silahların hansı istiqamətə daşındığı və təyinat məkanı ilə bağlı hələlik məlumat yoxdur. Amma ehtimallara görə,Ə sözügedən silahlar Azərbaycanla sərhəddə yerləşdirilir.

Bəzi analitiklər son günlər Ermənistandakı Avropa Müşahidə Missiyasının Azərbaycanla şərti sərhədin müxtəlif istiqamətlərində müşahidələr aparmasını, Ermənistan ordusunda hərbi məşğqlərin intensivləşməsini müharibəyə hazırlıq kimi qiymətləndirirlər. Ekspertlər hesab edirlər ki, dünya nizamının hazırkı qarmaqarışıq vəziyyəti və İrəvanla Bakı arasında sülh sazişinin imzalanmaması yeni müharibə riskini artıran faktordur.

Mövzu ilə bağlı AYNA-ya danışan beynəlxalq hüquq üzrə ekspert, analitik Fərhad Mehdiyev deyib ki, təkcə Cənubi Qafqazda deyil, dünyanın əksər regionlarında münasibətlər gərginlik fazasındadır:

- Ümumiyyətlə, son vaxtlar dünyada müharibə, münaqişə, toqquşmalar riski artıb. ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsi ilə bu proses daha da sürətlənib. Hazırkı zaman müharibələr üçün “əlverişli” zamandır demək olar. Qəzzada baş verənlər, Rusiya-Ukrayna müharibəsi, Ermənistanın sülhdən yayınan addımları onu göstərir ki, əksər regionlar baxımından təhlükəsizlik sistemi çökmüş vəziyyətdədir. Ona görə də, hər bir ehtimala hazır olmaq lazımdır.

Bu günlərdə keçirilən Münhen Təhlükəsizlik Konfransı və orada verilən bəyanatlar göstərdi ki, Avropa İttifaqı sanki sülhpərvər rolundan çəkilib, daha çox müharibəni dəstəkləyən mövqe ortaya qoyur. Əslində Avropanın bu mövqeyini Rusiya-Ukrayna münaqişəsinə şamil etmək olar. Avropa İttifaqından verilən bəyanatlardan aydın olur ki, “qoca qitə” Rusiya-Ukrayna münaqişəsinin davam etməsində maraqlıdır. Avropa Kiyevi dəstəkləyəcəyini bəyan edir. Amma hər halda Avropanın bu mövqeyi sadəcə Ukrayna ilə bağlı deyil. Biz görürük ki, Avropa İttifaqı Ermənistanın sülhdən yayınma siyasətinə də dəstək verir. Məsələn, Avropa İttifaqının Müşahidə Missiyası Ermənistan-Azərbaycan şərti sərhədində müşahidələrini intensivləşdirib, tez-tez müşahidələr aparırlar. Əlbəttə, bu müşahidələri ilə bağlı İrəvan mütəmadi məlumatlandırılır. Sülhdən yayınan Ermənistanın siyasətini dəstəkləməklə Avropa burada da münaqişənin alovlanmasında maraqlı tərəf ola bilər.

Hesab edirəm ki, Ermənistan ordusunun haubitsaları daşıması məsələsi diqqətə alınmalıdır. Düşünürəm ki, hazırkı vəziyyətdə bu silahların dəqiq yeri müəyyənləşərsə, preventiv zərbələrlə məhv edilməsi gündəmdə olmalıdır. Təbii ki, Ermənistanın bu silahları yerləşdirdiyi məkan Azərbaycanla sərhəddirsə, Azərbaycana qarşı təhlükə realdırsa.

- Avropa Mülki Missiyasının nümayəndələrinin müşahidə aparmasında məqsəd nədir?

- Dediyim kimi, onlar bu müşahidələr barədə çox güman ki, Ermənistan hərbi-siyasi rəhbərliyini məlumatlarndırırlar. Nəzərə almaq lazımdır ki, sərhədlərin delimitasiya və demarkasiyası prosesi çox ləng həyata keçirilir. Düzdür, avropalı müşahidəşilərin sərhədin delimitasiya və demarkasiya olunmuş hissəsindəki fəaliyyətlərini görmürük. Amma delimitasiya və demarkasiya olunmuş hissə çox cüzidir. Amma delimitasiya və demarkasiya olmayan hissədə avropalıların qalması, müşahidələrini intensivləşdirməsi suallar yaradan amildir. Demək istəyirəm ki, Azərbaycan tərəfi bütün risklərə, Ermənistan tərəfindən törədilə biləcək təxribatlara hazır olmalıdır. Ən əsası, ortada sülh sazişi yoxdur və bunun özü risklərin qaldığını deməyə əsas verir.

- Amma delimitasiya və demarkasiya ilə bağlı Azərbaycan və Ermənistan tərəfindən komissiyaların görüşləri keçirilir...

- Bəli, görüşlər keçirilir və bu, mütəmadidir. Amma ortada nəticələr azdır. Bunun da səbəbi xəritələr məsələsində Ermənistan tərəfinin ortaya konkret sistematik yanaşma qoymamasıdır. İrəvan xəritələrlə bağlı müxtəlif təkliflər edir, bu gün bir ilin, sabah başqa ilin xəritələrindən danışır. Ona görə də dəqiq yanaşma yoxdur. Ona görə də delimitasiya və demarkasiya prosesi sürətlə həyata keçirilə bilmir. Eyni zamanda, delimitasiya prosesi sürətlə gedərsə, o zaman Ermənistanın sülh sazişindən imtina etməsi üçün əlində çox bəhanəsi qalmayacaq. Halbuki Ermənistan tərəfi Zəngəzur dəhlizi məsələsinə razı deyillər.  Azərbaycanın haqlı tələbi var ki, Ermənistan Konstitusiyasında dəyişiklik edilməlidir, bunu həyata keçirmirlər. Bunlar Ermənistanın sülhdən yayınmaq üçün bəhanələridir. Delimitasiya kimi texniki məsələ var ki, bunu da uzatmaqla sülh prosesini tormozlayırlar. Ona görə də, Ermənistan delimitasiya prosesini də uzadır. Sülhün alternativi isə məlumdur ki, hərbi vasitənin işə düşməsidir. Mən demirəm ki, sabah müharibə olacaq. Amma bütün hallarda yenə deyirəm, dünyadakı regionlarda vəziyyət risklidir və hər vəziyyətə hazır olmalıyıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://ayna.az
archiveBu xəbər 17 Fevral 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri