Icma.az
close
up
RU
Ermənistan Naxçıvanla sərhədə buna görə qoşun yığır: Məqsəd hücum deyil ŞOK SƏBƏBLƏR KONKRET

Ermənistan Naxçıvanla sərhədə buna görə qoşun yığır: Məqsəd hücum deyil ŞOK SƏBƏBLƏR KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Erməni revanşistlərin hərbi əməliyyatları bərpa etmək çağırışları fonunda Ermənistan silahlı qüvvələri Naxçıvanla şərti sərhədə yeni bölmələr yerləşdirib. Bəs görəsən, bu, yeni müharibəyə hazırlıq ola bilərmi? Ümumiyyətlə, Ermənistanın Naxçıvan istiqamətinə hücumu gözləniləndirmi?

Mövzunu KONKRET.az-a politoloq Rizvan Hüseynov şərh edib:

“Ermənistan hakimiyyəti öz dövlət maraqlarına qulluq etmir. Onun qərar vermək qabiliyyəti çox aşağıdır və kənardan idarə olunur. Biz görürük ki, Ermənistan regionda gərginliyin artmasında maraqlı olan bir sıra dövlətlərin istəklərini yerinə yetirir. İran, Rusiya və Fransa regionda gərginlik istəyən dövlətlərdir və onların hər üçün Ermənistan ərazisində təmsil olunur. Naxçıvan-Zəngəzur istiqamətində rus xüsusi orqanlarının qüvvələri cəmləşib. Avropa humanitar missiyasının tərkibində isə Fransa və digər ölkələrin kəşfiyyatçıları mövcuddur. Qafan və digər ərazilərdə isə İranın SEPAH korpusunun hərbçiləri yerləşib. Onlar yeni müharibə ocağı yaratmaq, regionu qarışdırmaq və öz maraqlarını təmin etmək istəyirlər. Azərbaycan isə bütün bunları nəzərə alır və anlayır ki, Ermənistan xarici havadarlarının dəstəyinə arxalanır. Onlar isə İrəvanı qurban verməyə hazırdırlar. ona görə də, rəsmi Bakı bu məsələdə adekvat addım atacaq. Çalışacaq ki, məsələ tam olaraq Bakının milli maraqları çərçivəsində həll olunsun”.

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli isə saytımıza açıqlamasında bildirib ki, Ermənistan hücum etsə heç bir nəticə əldə olunmayacaq. Əksinə bu, Ermənistanın növbəti məğlubiyyətinə gətirib çıxaracaq:

“Burada əsas məqsəd sülh prosesinin şantaj olunması və təxribata cəhddir. Məsələ ondadır ki, İrəvan sülh müqaviləsinin imzalanmasına tələsir. Azərbaycan isə deyir ki, Ermənistan öz Konstitusiyasını dəyişməli və ATƏT-dəm imtina etməlidir. Çünki rəsmi Bakı İrəvanın səmimiyyətinə inanmır. Ona görə də, Ermənistan təxribatlara əl atmaqla bu prosesləri şantaj etməyə çalışır”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://konkret.az
archiveBu xəbər 14 Aprel 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri