Icma.az
close
up
RU
Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində zərərçəkmiş şəxs: Qətlə yetirilmiş qardaşımın nəşi indiyədək tapılmayıb

Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində zərərçəkmiş şəxs: Qətlə yetirilmiş qardaşımın nəşi indiyədək tapılmayıb

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 15 avqust, AZƏRTAC

Avqustun 15-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Lalə İsmayılova Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Zəngilan rayonundan məcburi köçkün düşdüyünü bildirib.

AZƏRTAC xəbər verir ki, L.İsmayılova qardaşının polis əməkdaşı olduğunu, digər 6 polislə birlikdə Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirildiyini deyib. Onların nəşləri indiyədək tapılmayıb.

Zərərçəkmiş Bikəxanım Quliyeva ifadəsində bildirib ki, yaşadığı Orta Yeməzli kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən zaman dördotaqlı evi yandırılıb. B.Quliyeva deyib ki, özündən əvvəl ifadə verən L.İsmayılovanın qardaşı ilə birlikdə qətlə yetirilən polislərdən biri – İlham İmamqulu oğlu Quliyev – onun qardaşıdır.

B.Quliyev təqsirləndirilən şəxs Bako Sahakyanın vəkilinin suallarına cavabında kəndə hücum zamanı atəşlərin Ermənistanın Qafan rayonu istiqamətindən açıldığını bildirib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Avqust 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see171

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

29 Sentyabr 2025 15:19see158

İdman zalında vəfat edən Cabir İmanov kimdir? DOSYE

29 Sentyabr 2025 14:33see150

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see146

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see145

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see139

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see136

“Konstitusiya və Suverenlik İli” çərçivəsində elan olunmuş qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

28 Sentyabr 2025 12:04see132

Sarıköklü südün faydaları

28 Sentyabr 2025 07:01see128

Xameneidən Hizbullah a mesaj var Laricani çatdırdı

28 Sentyabr 2025 16:41see127

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see126

Oturduğu yerdə yıxılır Cabir İmanovun ölüm anı DA

29 Sentyabr 2025 18:45see122

Telefon Sahiblərinə Təcili Gizli Xəbərdarlıq

28 Sentyabr 2025 08:42see122

Danimarkada Aİ sammiti zamanı mülki dronların uçuşu qadağan edildi

28 Sentyabr 2025 17:49see119

Diqqətli olun: dələduzluğun yeni növü yayıldı VİDEO

28 Sentyabr 2025 22:37see119

Hələ ki 4 cü yerdəyik Rusiya, Belarus, Qazaxıstan...

28 Sentyabr 2025 23:48see118

Ukrayna ABŞ la 90 milyardlıq silah müqaviləsi imzalayır

28 Sentyabr 2025 16:38see117

Mahir Emreli: yenidən başla, ümidlə, eşqlə!

28 Sentyabr 2025 13:28see117

Həkimlər xəstələri səhv salıb qadının sağlam böyrəyini çıxartdılar

28 Sentyabr 2025 10:27see116

Baş nazir: Uran Nigeriyaya səfalət, Fransaya isə əmin amanlıq gətirib

29 Sentyabr 2025 03:52see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri