Icma.az
close
up
RU
Ermənistan və ABŞ strateji tərəfdaşlıq haqqında xartiya Tramp administrasiyası üçün sərfəli sayılmır

Ermənistan və ABŞ strateji tərəfdaşlıq haqqında xartiya Tramp administrasiyası üçün sərfəli sayılmır

Icma.az, Bizimyol saytına istinadən bildirir.

“Yanvar ayında ABŞ dövlət katibi Antoni Blinken və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinə dair saziş imzalamışdılar. Blinken imzalanma mərasimində bildirib ki, ABŞ və Ermənistan müdafiə, iqtisadiyyat və demokratik təsisatların inkişafı sahəsində əlaqələrin gücləndirilməsi imkanlarını inkişaf etdirəcək “strateji tərəfdaşlıq komissiyası” yaradıblar. ABŞ Dövlət Departamentinin rəhbərinin sözlərinə görə, hər iki ölkə “daha güclü tərəfdaşlar”a çevrilir. İmza mərasimində çıxış edən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan qeyd etmişdi ki, ABŞ sərhəd təhlükəsizliyinin gücləndirilməsinə ekspert yardımı göstərmək üçün Ermənistana bir qrup mütəxəssis göndərəcək. Görünən odur ki, bu da sadəcə kağız üzərində qalan bir məsələyə çevriləcək”.

Milli Məclisin deputatı Azər Allahverənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son günlərdə Ermənistanın informasiya vasitələri, xəbər agentlikləri tərəfindən verilən məlumatdan Amerika Birləşmiş Ştatlarının missiyası Ermənistan Respublikasının sərhəd qoşunları və ümumiyyətlə, sərhəd rejimi üzərində müəyyən bir monitorinq keçirməli olduğu səslənir: “Donald Trampın inaqurasiyası öncəsi deməli Co Bayden və Entoni Blinkenin təşəbbüsü və fəal iştirakı ilə tərtib olunmuş strateji əməkdaşlıq haqqında xartiya sənədinə uyğun olaraq həyata keçirilməli idi. Ermənistanın xarici işlər nazirinin müavini Arpin Sarkisyan qeyd eləmişdi ki, hələki belə bir missiya gəlməyib. Ola bilər ki, bu müəyyən texniki səbəblər üzündən bu, ləngimələr baş verir. Görünən odur ki, Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqaz bölgəsi ilə bağlı, xüsusilə də Ermənistanla bağlı olan siyasətində müəyyən bir dəyişiklik var”.

Azər Allahverənov

Deputat vurğulayıb ki, ABŞ bir vaxtlar Ermənistan üçün bir çətir funksiyasını yerinə yetirən bir dövlət idi: “ABŞ həm hərbi sahədə, həm də digər sahələrdə Ermənistana maksimum dəstək göstərən bir tərəf idi. Xüsusilə, “Demokratlar” partiyası böyük dəstək göstərirdi. İndi də “Respublikaçılar”-ın bir çox bölgələrlə bağlı siyasət dəyişikliyinə getməsinin şahidi oluruq”.

Azər Allahverənov hesab edir ki, Ermənistana qarşı siyasətin dəyişəcəyi də istisna edilmir və Amerika Birləşmiş Ştatları həmin missiyanın göndərilməsinə sanki həvəsli deyil.

Deputatın fikrincə, bunun müxtəlif səbəbləri var və bu səbəblərdən biri, bilavasitə ABŞ ştatlarının Cənubi Qafqazla bağlı, xüsusilə də, Ermənistan üzərindən olan dəstək siyasətinin bir qədər zəiflədilməsi ilə bağlıdır: “Nəzərə alsaq ki, Amerika Birləşmiş Ştatları Ermənsitana həm də maliyyə cəhətdən çox böyük dəstək göstərirdi. Amma verilən son məlumatlardan da bəlli olur ki, hətta maliyyə dəstəyi də dayandırılıb”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Mart 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see272

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see260

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see255

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see241

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see232

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see220

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see216

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see192

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see188

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see181

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see180

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see166

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see161

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see156

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see146

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see144

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see138

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see136

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri