Icma.az
close
up
RU
Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi Bakının konstruktiv yanaşmasıdır

Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi Bakının konstruktiv yanaşmasıdır

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistan parlamentinin sədri Alen Simonyan deyib ki, Ermənistanla Azərbaycan arasında sülh prosesi hazırda pozitiv mərhələdədir.

Onun sözlərinə görə, sülh müqaviləsi ətrafındakı proseslər yerində dayanmır. Sadəcə fasilə Azərbaycanda COP29-un keçirilməsi ilə bağlı idi. Ermənistan parlamentinin sədri məsələyə  pozitiv yanaşdıqlarını, eyni zamanda müzakirələrdə müsbət dinamika müşahidə olunduğunu vurğulayıb.

Qeyd edək ki, Rəsmi Bakının dəvətinə baxmayaraq Ermənistanın COP29-a dəvət olunmasına rəğmən iştirak etmədi. Səbəb olaraq isə Bakıda həbsdə saxlanılan erməni diversantların bir qisminin COP29 zamanı İrəvana qaytarılması şərtini Azərbaycanın qəbul etməməsini göstərdi. Digər tərəfdən son günlərdə xarici dövlətlər Ermənistanı silahlandırmaqda davam edir. Eyni zamanda erməni ordusu müxtəlif hərbi təhlükəsizlik təlimlərində iştirak edir.


Siyasi şərhçi Kazım Kazımov "Sherg.az"a bildirib ki, Ermənistan tərəfinin bu günkü çıxışına baxdıqda məsələlərə manipulativ yanaşdıqlarını görürük:


"COP29-un sülh prosesinə heç bir maneəsi yox idi. Tam əksinə,  Ermənistan COP29-dan əvvəl təhrikedici addımlar atdı. Sərhəd bölgəsində atəşkəs rejimi pozuldu. Üstəlik Səlibçi Xaçı olan bayraq qaldırıldı. Həmçinin erməni lobbisi anti-azərbaycan kompaniyasını daha da fəallaşdırdı. Bunu hökumət və Paşinyan özü də bilir. Simonyan "atəşkəs pozitiv gedir" deyərkən, sanki danışıqların Ermənistanın vasitəçiliyi ilə getdiyini göstərmək istəyir. Lakin Ermənistan əlindən gəldiyi qədər məsələni uzatmağa çalışır. Düzdür prosesdə bəzi irəliləyişlər var. Bu isə heç də Ermənistanın təşəbbüsü ilə deyil. Əslində sülh danışıqlarında irəliləyişlərin səbəbləri Bakının konstruktiv yanaşması, Ermənistanın bu məsələdə önümüzə qoyduğu süni maneələri dəf etməsidir. Ümid edirik ki, Ermənistan bu avantürist çıxışlarından əl çəkəcək. Həmçinin hər ilin sonunda olduğu kimi bu il də pozitiv açıqlamalar verərək məsələni daha da uzatmayacaq. Son olaraq 2025-ci il barış ili elan olunacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Dekabr 2024 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri