Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Ermənistanın baş tutmayan planı avroheyranlıq puç olur

Ermənistanın baş tutmayan planı avroheyranlıq puç olur

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avropa İttifaqının (Aİ) Ermənistana vəd etdiyi milyardlarla avro, dollar yardımlar elə vəd olaraq da qalır. Bu da erməni cəmiyyətində, siyasi dairələrində ciddi məyusluğa səbəb olub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hakimiyyətə müxalif siyasilər, media da bu məsələni xüsusi qabartmağa, vəziyyətdən yararlanmağa çalışır. Dərc olunan materiallarda, şərhlərdə vurğulanır ki, baş nazir Nikol Paşinyan Brüsseldə keçirilmiş Ermənistan - Amerika Birləşmiş Ştatları - Avropa İttifaqı formatında görüşdə bəyan etmişdi ki, Ermənistana yaxın dörd il ərzində 270 milyon avro, yəni hər il 67,5 milyon avro qrant ayrılacaq. Lakin indi bəlli olur ki, söhbət heç də milyardlardan yox, cəmi bir neçə milyon avrodan gedir.

Xəbərlərə görə, Avropa İttifaqı Ermənistana cəmi 10 milyon avro "qeyri-hücum dəstəyi" verməyi nəzərdən keçirir. Bunun məqsədi kimi "müttəfiqlərin müdafiəsinə kömək etmək" göstərilib. "Azatutyun" radiosunun məlumatına görə, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bu təklifi Aİ Şurasına təqdim edib və məsələ növbəti həftələrdə müzakirə olunmalıdır. Dəqiq müzakirə tarixi hələ məlum deyil. Təklif Aİ-nin 27 üzv ölkəsinin hamısı tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.

Erməni mediası və cəmiyyətində bu məsələ geniş müzakirələrə yol açıb. Məsələn, "Qolos Armenii" yazır ki, 10 milyonluq yardım xəbəri nədənsə Ermənistan hakimiyyətində və nəzarəti altında olan media resurslarında böyük ajiotaj yaratmayıb.

"Qərb oriyentasiyasını fədakarcasına müdafiə edən qüvvələr nədənsə bunu böyük və ciddi uğur kimi qələmə verməyə tələsməyiblər. Başqa vaxt olsaydı, 10 milyon avroluq yardım ölkənin müdafiə qabiliyyətinə nəhəng dəstək və Ermənistanın avrointeqrasiya yolu seçiminin düzgünlüyünün sübutu kimi təqdim edilərdi. Lakin son günlərdə qlobal geosiyasi gündəlik o qədər dəyişib ki, Kallasın jesti Ermənistanda demək olar ki, diqqətdən kənarda qalıb. Heç kim bu təşəbbüsü xilas dairəsi kimi şişirtməyə çalışmayıb, halbuki belə hallarda adətən bu cür edilir", - müəllif yazıb.

Erməni cəmiyyətində 10 milyonluq yardımın geniş əks-səda doğurmamasının səbəbləri müxtəlifdir. Aİ-nin vəd edilən yüz milyonlarından söhbət belə yoxdur. Məsələ ondadır ki, Avropa İttifaqı bir neçə il əvvəl İrəvana 2,6 milyard avro həcmində daha təsirli dəstək də vəd etmişdi. Vəd etdi və unutdu. İndi isə tamamilə gülünc məbləğ təklif olunur.

Erməni nəşri yazır ki, 10 milyon avro prinsip etibarilə hökumət üçün böyük pul da deyil. Misal da çəkilir. Qeyd olunur ki, hökumət "Snup Dogg" qrupuna baş tutmayan konsert üçün 6 milyon dollar ayırır və hər kəs də bunu yaddan çıxarır. İddia olunur ki, avrointeqrasiya vektorunun piarı kontekstində Aİ-dən hətta 10 avro vədi belə Ermənistanın həyatında ən böyük hadisə kimi təqdim edilə bilərdi. Lakin yerli avrointeqratorlar bu dəfə bunu etmədilər, Kallasın təşəbbüsünü təbliğ etməyə tələsmədilər.

Əgər buna Ermənistan parlamentinin Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsinin ikinci oxunuşunun təxirə salması faktını da əlavə etsək, aydın olur ki, Ermənistan hakimiyyətinin nümayəndələri "avro-heyranlıq" vəziyyətindən "avro-skeptisizm" vəziyyətinə keçirlər. Bu əhvali-ruhiyyə dəyişikliyinin əsas hərəkətverici qüvvəsi isə son günlərdə Qərbdə baş verən hadisələrdir.

"Aydındır ki, bundan sonra o (Qərb) heç də kollektiv deyil. Üstəlik, Aİ-nin özü də artıq kollektiv deyil. Məsələn, bu yaxınlarda Aİ üzvü olan Macarıstan Avropa İttifaqının Ukraynaya 20 milyard avro ayırmasını bloklayıb", - nəşr yazıb.

Ermənistanda Qərb ümidlərinin puç olmasında ABŞ-də USAID-ə qarşı başlanan addımların da rolu var. Bu hal erməni "qərbçilər"ində geosiyasi məkanda oriyentasiya baxımından ciddi çətinliklər yaradır. Vaşinqton və Brüsselin aşkar uzaqlaşması Aİ-nin İrəvan üçün cəlbediciliyini xeyli azaldır. Bu fonda Kallasın Ermənistana 10 milyon avro ayırmaq təşəbbüsü İrəvanı Aİ-nin təsir dairəsinə cəlb etmək baxımından ümumiyyətlə diqqətəlayiq ola bilməz. Üstəlik, hazırkı şəraitdə Aİ-nin özünün mövcudluğu məsələsi var.

Bütün bunların fonunda Ermənistan parlamentinin Avropaya inteqrasiya komitəsi ölkənin Avropa İttifaqına üzvlüyü prosesinin başlanması haqqında qanun layihəsinin ikinci oxunuşda müzakirəsini təxirə salıb. Qərara əsasən, Ermənistanın Aİ-yə üzvlüyü prosesinin başlanması ilə bağlı qanun layihəsi parlament komitəsinin rəyindən asılı olmayaraq, martın 4-də deyil, martın 25-də parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq. Buna səbəb qanun layihəsinin Aİ-yə üzvlük məqsədlərinə siyasi qiymətin verildiyi preambulası olub.

Sənədin müəllifləri birinci və ikinci oxunuşlar arasındakı fasilə zamanı heç bir təklif irəli sürməyiblər. Xarici işlər nazirinin müavini Paruyr Hovannisyan isə qanun layihəsindən preambulanın çıxarılmasını təklif edib. Çox güman ki, bu, təsadüfi deyil. Paşinyan hakimiyyəti Aİ-ABŞ gərginliyi fonunda gözləmək qərarına gəlib.

Beləliklə, qeyd etmək olar ki, hazırkı mərhələdə Ermənistan və Aİ-ni ümumiyyətlə birləşdirə biləcək nəsə, demək olar ki, mövcud deyil. Əslində, artıq qaydalara əsaslanan dünya nizamı və güclü "avrodemokratiya" yoxdur. ABŞ Prezidenti Donald Trampın bəyanatları, atdığı addımlar onu deməyə əsas verir ki, Trampın bir çox məsələlərə yanaşması fərqlidir. Həm bu amil, həm də sözügedən sənədlərin ratifikasiya olunmaması onu deməyə əsas verir ki, Ermənistanın Aİ ilə yanaşı, ABŞ ilə imzaladığı sazişlər də arxa plana keçir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:297
embedMənbə:https://baku.ws
archiveBu xəbər 07 Mart 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see358

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see282

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see267

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see266

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see246

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see243

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see227

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see222

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see218

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see214

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see207

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see203

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see197

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see195

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see194

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see194

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see192

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see184

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri