Icma.az
close
up
RU
Ermənistanın müdafiə naziri ölkə ölkə gəzib silah alır, baş naziri sülh göyərçini olduğunu iddia edir

Ermənistanın müdafiə naziri ölkə ölkə gəzib silah alır, baş naziri sülh göyərçini olduğunu iddia edir

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

“Ermənistan baş nazirinin 10 fevral 2025-ci il tarixində “Armenpress”də dərc olunmuş məqaləsində Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşdığı və Qərbi Azərbaycan İcmasının məqsədləri ilə bağlı iddiaları, eləcə də bir çox digər əsassız fikirləri reallığı təhrif etmək və dünya ictimaiyyətini yanıltmaq məqsədi daşıyır”. Bu sözlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin açıqlamasında yer alıb. Ayxan Hacızadə bildirib ki, hərbi potensiala sahib olmaq hüququnu müdafiə edən baş nazir 30 illik hərbi işğaldan əlavə, Üçtərəfli Bəyanata əsasən üzərinə götürdüyü öhdəliklərə baxmayaraq, 44 günlük müharibə bitdikdən sonra üç il ərzində Azərbaycan ərazisində ağır silahlarla təchiz edilmiş on mindən çox hazırlıqlı silahlı birləşməni saxlayan ölkəni təmsil edir.Ermənistan yeni bir müharibəyə hazırlaşırmı?Paşinyanın açıqlamaları nə dərəcədə inandırıcıdır?

Milli Məclisin deputatı Vüqar İskəndərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, başda Fransa olmaqla bir neçə dövlət və qüvvələr Ermənistanı sülh müqaviləsi imzalamaqdan çəkindirməyə çalışır və onu eskalasiya təhrik edir, hətta Ermənistan bu günlərdə Azərbaycanın uzaq dərinliklərini vura bilən uzaqmənzilli raketlər alır.

Vüqar İskəndərov

“Müdafiə naziri ölkə-ölkə gəzərək, müqavilələr imzalamağa çalışır. Təbii ki, Azərbaycanın bu məsələdə qayğılanması normaldır. Ölkə başçısı bütün bunları dəqiq bilir, faktlara söykənən fikirlərini bölüşür. Bu səbəbdən də Ermənistana xəbərdarlıq edilir ki, “bütün bunlar bizim tərəfimizdən izlənilir və biz baş verənlərə biganə qala bilmərik”. Biz artıq bu dövləti yaxşı tanıyırıq. Onların hər hansı bir sülhdən danışması və yaxud “artıq məsələ bitib və ərazi bütövlüyünü tanıyırıq” deməsi “timsahın göz yaşları”na bənzəyir. Bunu söylədiyi halda, paralel şəkildə əlində qalan bütün büdcəsini silah almağa xərcləyir”-deyə deputat qeyd edib.

Vüqar İskəndərov vurğulayıb ki, Paşinyanın yenə də özünü “sülh göyərçini” obrazına qoyması və özünü belə təqdim etməsi gülünc görünür, baş verənlər də onun söz və əməlinin tərs mütənasib olduğuna bir işarədir.

Yaxşı olardı ki, Paşinyan nəyə görə silahlanmasını və hədəflərinin nə olduğunu həm öz xalqına açıqlasın, həm də bəyanatlar versin, eyni zamanda Azərbaycan tərəfinin tələblərinə riayət etsin, hücum etmək üçün aldığı silahları sahibinə geri qaytarsın və üçtərəfli bəyanatın şərtlərinə əməl etsin, rasional siyasət həyata keçirsin, səmimi sülh gündəliyindəki danışıqlarda iştirak etsin və sülh müqaviləsi imzalansın. O zaman sözün əsl mənasında, bölgədə dayanıqlı sülhdən danışmaq”-deyən deputat təəssüflə qeyd edib ki, hələ də saydığımız real addımlar Ermənistanın əməlində görünmür.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 Fevral 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri