Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Ertəsi gün evimizi yoxlamaq üçün komissiya gəldi... Nazir qızının xatirələri

Ertəsi gün evimizi yoxlamaq üçün komissiya gəldi... Nazir qızının xatirələri

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Kulis.az Baninin “Qafqaz günləri” kitabından bir hissəni təqdim edir.

Babam Musa axırıncı evi tikdirib qurtarmamış ölüm onu yaxaladı...

Ertəsi gün evimizi yoxlamaq üçün komissiya gəldi...

Qırmızı Ordu Azərbaycanı tutub onu sovetləşmiş Rus imperiyasına qaytardı.

Gül-çiçəkli, kəpənəkli baharla birgə Bakıya cürbəcür komitələr və partiyalar gəlmişdi.

Nə parlament qalmışdı, nə də üzvləri. Hamı öz taleyindən xəbərsiz idi.

Bir dünyanın sonunu - Azərbaycan Respublikasının devrilməsini gözlərimlə gördüyüm vaxtda mənim uşaqlıq dövrüm də başa çatdı. “Necə yəni, on üç yaşındamı?” Bəli, on üç yaşımda. Ögey anamın, bacılarımın və qardaşımın Parisə getməsi mənə çox pis təsir etmişdi və ilk dəfə olaraq həyatın amansız üzüylə qarşılaşmışdım. Əslində, uşaqlıq dövrünü tez başa vurmağım bir tərəfdən baxdıqda sərfəli idi. Məncə, uşaqlığın əsas cəhəti həyatın sabitliyi və gözəlliyinə bəslənilən inamdır. Bu inam yoxa çıxan kimi uşaqlıq dövrü də başa çatır. Uşaq olarkən adama elə gəlir ki, o, körpə saflığının lap iki addımlığındadır. Amma yox, mən belə saflığı xoşlamıram. Çünki bu saflıq dünyanın gözəlliyini, eybəcərliyini, qəddarlığını və şirinliyini duy- mağa imkan vermir. Mənə elə gəlir ki, dünyanı olduğu kimi görüb sevmək insanın ucalığıdır. Onu ancaq yaxşı gözlə görüb sevmək isə adi bir işdir, yəni bunu hər kəs bacarır.

Bacılarımın səfərə çıxması mənə çox ağır gəlmişdi və bu haqsızlığa dözə bilmirdim. Amma başqa çarəm də yox idi, dözməli idim. Əslində, gələcəkdə mən də atamla Parisə - onların yanına getməliydim. Amma bu, gələcəyin işi idi və hələlik mən tək qalmışdım: darıxır, fikir edir, əzab çəkirdim. Doğrudur, böyük bacım Leyla da bizimlə idi. Amma onun əri, uşağı vardı, öz kefində idi, evdə az tapılırdı. Onunla, demək olar ki, əlaqəmiz yox idi. Dayımız freyleyn Anna isə tez-tez əsəbiləşir və xəstələnirdi, gözləri zəiflədiyinə görə ruhdan düşmüşdü. Bacım oğluna güclə dayəlik edirdi. Təsadüfən mənə mehribanlıq etməyə imkan tapanda da, yersiz qürur və xudpəsəndliyim buna macal vermirdi. Atamla münasibətim daha soyuq idi. Mənə qarşı soyuqqanlı olduğu üçün onu görəndə sıxılır, hətta bəzən ondan qorxurdum da. Qəlbimdə ona qarşı bir ataya bəslənilən hörmət və rəğbətdən başqa heç bir hiss yox idi.

Beləliklə, həyatımda ilk dəfə olaraq ağır bir kədərlə baş-başa qalmışdım. Bacılarımın mənsiz səfərə çıxması qəlbimdə dərin bir yara açmışdı, pessmist düşüncələr bütün ruhuma hakim kəsilmişdi. Bir qədər sonra isə ömrümdə ilk dəfə olaraq meyit gördüm (parkda qurulmuş dar ağacından sallanan naməlum meyitləri hesaba almıram). Babamın - anamın atasının meyitini çarpayıya uzadıb üstünü örtmüşdülər. Elə bil, onun şişib eybəcərləşmiş cəsədini ayıb, xəcalətli bir şey kimi gizlətmək istəyirdilər. Mən babamı sevmirdim, heç əvvəllər də sevməmişdim. Onun ölümü mənə əzab vermək əvəzinə, arxayınlıq gətirmişdi. Çünki babam uzun müddət xəstə yatmışdı və biz də hər həftə gedib ona baş çəkməli olurduq. Can verən bir qocanın yanında oturub saatlarla susmaq, danışmağa bir söz tapmadan dəqiqələri, saniyələri saymaq, sevmədiyin bir kəsin son anlarına tamaşa etmək adamı, həqiqətən də, üzür. Boynuma alıram ki, mən onun tez ölməyini arzulayırdım. Çarpayısının başında tibb bacısı kimi gecə-gündüz keşik çəkməkdən cana gəlmiş arvadı da, ona tez-tez baş çəkməyə gələn yaxın-uzaq qohumlar da, yəqin, bu fikirdə idilər. Sadəcə, heç kəs bunu etiraf edə biləcək qədər cəsarətli deyildi. Bəs, görəsən, babam özü nə düşünürdü? Deyilənlərə görə o, ölümdən çox qorxurmuş. Amma xəstəliyi elə əzablı idi ki, bəlkə, özü də ölüb bu əzablardan qurtulmağı arzulayırdı. Dediyim ki, babam ölümdən çox qorxurmuş ki, qorxudan yanında bu mövzuda söhbət salmağa belə qoymurmuş. Qədim bir Şərq rəvayətində deyilir ki, ev tikdirən adamı əcəl aparmır. Babam da neftdən qazandığı milyonların hesabına bir-birinin ardınca çoxlu ev tikdirirdi. Beləliklə, öldüyü günə qədər altmışdan çox ev tikdirmişdi. Bəzilərinin marka və digər kolleksiyalar topladığı kimi babam da ev kolleksiyası toplayırdı. Amma el rəvayəti yalan çıxdı. Babam Musa axırıncı evi tikdirib qurtarmamış ölüm onu yaxaladı.

Dediyim kimi, ilk dəfə idi ki, bir meyit görürdüm, həm də doğmalarımdan birinin meyitini. Bu ölümə ürəyim yanmasa da, meyitlə çox maraqlanırdım. Amma eyni zamanda ona baxmaqdan çox qorxurdum. Mənə elə gəlirdi ki, ölən babam deyil, yad bir adamdır. Fikirləşirdim ki, görəsən, o indi haradadır? Görəsən, babam artıq o biri dünyada, təsəvvürə gəlməz başqa bir aləmdə, ölülər aləmindəmi yaşayır? Üstünə mələfə örtülmüş meyitə qorxa-qorxa baxırdım. Mələfənin altından onun xəstəlikdən şişmiş qarnı qabarmışdı. Ölümün daha da eybəcərləşdirdiyi sifəti açıq qalmışdı. Həm maraq, həm də qorxuyla onun sıxılmış iri burnuna, çökmüş ordlarına, hənası getmiş ağ saqqalına baxırdım. Qəfildən ağlıma qəribə bir fikir gəldi və bu elə murdar bir fikir idi ki, deməyə də çəkinirəm. Ürpənə-ürpənə fikirləşirdim ki, görəsən, bu meyitin ağzından necə iy gəlir. Bu fikir bir necə ay başımdan çıxmadı və gecələr yuxuda da burnuma sanki murdar iylər gəlirdi. Bu iyrənc fikrə görə özümdən zəhləm gedirdi. Sonralar yavaş-yavaş bu fikir məni tərk etməyə başladı və sonda yoxa çıxdı. Bu gün xatirələrimi araşdıranda həmin fikri özüm yadıma saldım.

Müsəlman adəti ilə meyiti yuyandan sonra onu böyük zalın ortasındakı tabuta qoydular. Sonra kəşmir şalı ilə örtülmüş meyitin başı üzərində Quran oxumağa başladılar. Mollalarla dolu həmin zala qadınlar girə bilməzdi. Qara çarşablarına bürünmüş arvadlar qonşu otaqlarda oturub Quran ayələri oxuyur, ağlaşırdılar. Mən də onlara qoşulub hönkürürdüm. Amma babamın öldüyünə deyil, sadəcə, ağlamaq lazımdır deyə ağlayırdım. Göz yaşlarımın əsas səbəbi isə Parisdə bacılarımla gəzişmək əvəzinə, burada - çarşablı qadınların arasında oturmağım idi.

Dəfn mərasimi çox təntənəli keçdi. Mafəni aparan dəstənin ucu-bucağı görünmür, tabutdakı meyitsə xırda uşaq cəsədi kimi adamlar yeridikcə yırğalanırdı. Başına fəs, yaxud buxara papaq qoymuş kişilər dəstəsi mafənin arxasınca gedirdilər.

Bir həftə ərzində gəlib-gedənlərə hər axşam cücə-plov verdilər. Yüzlərlə kasıb-kusub gəlib göz yaşı tökdü, ehsan yedi. Sonra araya sakitlik çökdü və hamı əsas məsələdən - mərhumun vərəsəsindən danışmağa başladı. Onun böyük sərvəti dörd qız nəvəsi və arvadı arasında bölüşdürülməli idi. Mən bu sərvətlə lap az maraqlanırdım, çünki onun mənim olacağına heç inanmırdım. Axırda da elə fikirləşdiyim kimi də oldu. Nə sərvətimin özünü gördüm, nə də xeyrini.

Qırmızı Ordu Azərbaycanı tutub onu sovetləşmiş Rus imperiyasına qaytardı. Kapitalizm məhv oldu, beləliklə bizim var-dövlətimiz də əlimizdən çıxdı.

Atam da, bütün ailə də hər şeyin bitdiyini, artıq tamamilə başqa bir həyatın başlayacağını anlayanda donub-qalmışdılar. Azərbaycan dövlətinin, Müsəlman imperiyasının yaranacağına ümid edən sadəlövhlər arzularının boşa çıxdığına göz yaşı tökür, varlılar isə varlarına görə tir-tir əsirdilər. Allahın hökmü ilə milyonçu olduqlarına inananlar üzlərini Allaha tutub yalvarırdılar ki, Ulu Tanrı onların var-dövlətini qorusun. Amma bu dindarlar gözləri ilə görürdülər ki, Allah onların düşmənləri tərəfə keçib. Şəhərdə qızıl əsgərlərin sayı günü-gündən artırdı. Əsgərlərin arxasınca da komissarlar axışıb gəlirdilər. Gül-çiçəkli, kəpənəkli baharla birgə Bakıya cürbəcür komitələr və partiyalar gəlmişdi. İnsan əməllərinə məhəl qoymayan gözəl, təravətli bahar isə öz işində idi. Həmişəki kimi təbiəti gözəlləşdirirdi.

Hava xoş, təbiət gözəl olsa da, atam evdə qapanıb qalır, bayıra çıxmağa cəsarət etmirdi. Sarı rəngli dəri şəridini şkafın siyirməsinə atmışdı. Nə parlament qalmışdı, nə də üzvləri. Hamı öz taleyindən xəbərsiz idi. Rusiyanın tapdağı altında yaranmış bu respublikanın ömür sürdüyü ilk il ərzində Bakı camaatı lovğa-lovğa deyirdi: “Biz müstəqilik. Müstəqilliyimizi Cenevrə konfransı da elan edib. ONLAR bizə hücum edə bilməz. Həm də ki, biz silahlanmışıq, ONLARI isə müharibə və vətəndaş qalmaqalı əldən salıb”.

Atam ciddi ruhi düşkünlük keçirirdi. O, ağzını açıb danışmasa da, peşmanlığını, özünü nədə günahlandırdığını anlamaq olurdu. Vaxtında Bakıdan çıxıb getməmiş, pullarını xarici banklarda yerləşdirməmiş, nazir vəzifəsinə uyub burada qalmışdı. Özü də bilirdi ki, aləmin qarışdığı bir vaxtda onun nazirlik fəaliyyəti əhəmiyyətini itirmişdi. Sarı nazir qovluğu boşalmış, qapısı nəzarətçisiz qalmışdı. Atam öz sadəlövhlüyünün cəzasını çəkirdi.

Bir müddət ciddi dəyişiklik baş vermədi. Sonra atamı həbs etdilər. Nazir, varlı adam və rəqib bir partiyanın başçısı, təbii ki, təzə rəhbərlərin gözündən kənarda qala bilməzdi. Ertəsi gün evimizi yoxlamaq üçün komissiya gəldi. Evi yoxlayıb belə qərara gəldilər ki, mənzilimiz bizə lazım olduğundan çox genişdir. Elə həmin gün komissar, arvadı və əməkdaşları bizim evə köçdülər.

İnqilabın nümayəndələri ilə ilk görüşümüz səmimi keçdi. Komissarın sarışın, fındıqburun arvadı Leyla ilə məni tez-tez çaya dəvət edirdi. O, çayı bizə özümüzün yaraşıqlı çay servizimizdə verirdi (bizdən heç nə əsirgəmirdi) və çay içə-içə ədəbiyyatdan söz açırdıq. Bu qadın mütaliəni çox sevirdi. O vaxt ziyalıları çox maraqlandıran “Əsir düşmüş ürək”, yaxud “Gecə sirri” kimi faciə mövzulu əsərlərdən danışdığımız üçün söhbətimiz maraqlı keçir və anlayırdıq ki, maraqlı və həssas qəlbli bir qadınla söhbət edirik.

Hələ də evimizin yuxarı mərtəbəsində yaşayan Rəna bibim və freyleyn Anna “bu qadınla” tez-tez görüşdüyümüzə görə bizə acıqlanırdılar. Biz isə bu görüşlərə həm siyasət naminə, həm də yeni dünyaya hədsiz marağımıza görə gedirdik. Bəlkə də, bir uşağın böyüklərlə çay içməyə dəvət olunmasına təəccüblənirsiniz. İş burasındadır ki, yaşımın az olmasına baxmayaraq nə fiziki, nə də mənəvi cəhətdən uşağa bənzəmirdim. Mənə uşaq deyil, gənc bir qız kimi baxırdılar və söhbət etdiyimiz zamanlarda isə təcrübəli bir qadın kimi danışırdım. Bəli, mən komissarın arvadı ilə istənilən mövzuda söhbət edə bilirdim: mənim mütaliəm onunkundan da çox idi. Bibim Rənanın mənzilində keşik çəkdiyim gecələr oxuduğum saysız-hesabsız kitabların xeyrini məhz indi görməyə başlamışdım. Biz ədəbiyyatdan danışmaqla yanaşı, fərqli dünyagörüşümüz haqda da bir-birimizə qarşılıqlı suallar verirdik. Komissarın özü söhbətə qoşulanda isə müzakirələrimiz daha da qızğın keçirdi. Komissar maraqlı və dərin zəkaya sahib bir insan idi. Bizim yarı müsəlman- yarı qərbsayağı həyatımız ona çox maraqlı gəlirdi və o bu həyatı yaxından tanımağa çalışırdı. O, dinə nifrət edir, bəşəriyyətin bütün bəlalarının kökünü məhz dində və onun insanların beynində yaratdığı mövhumat düşüncələrdə görürdü (inqilabın bir şüarı hamıya məlumdur: “Din - xalq üçün tiryəkdir”). O bu fikri bizə də aşılamaq istəyirdi. Bəzən onun sözləri ilə razılaşsaq da, ayrılan kimi yenə də öz fikrimizdə qalırdıq.

Lakin maraqlı çay məclislərimizin ömrü çox uzun çəkmədi. Yay gəldi. Bizə tez-tez məktub yazan atam arzu edirdi ki, anası və qızları şəhərdən çıxıb kənd evinə köçsünlər. O, kənd evimizi ictimai qalmaqaldan uzaq bir sığınacaq sayırdı. Onsuz da şəhərdə qalmağımız heç bir mənası yox idi: nə atamı görə bilirdik, nə də ona köməyimiz dəyirdi. Elə buna görə də atamın xahişinə əməl etdik.

Yay fəslində Bakı isti, tozanaqlı bir şəhərə çevrilirdi. Hər həftə yayqabağı kənd evinə köçəndə əsl bahara qovuşurduq. Həm də ki, o vaxt şəhərdə həbslərin sayı çox artmışdı. Camaat qorxu içində yaşayırdı. Bəziləri varının qorxusunu çəkir, bəziləri isə həyatı üçün əsirdi. Bizsə şəhərdən tez çıxıb mavi hovuzlara, yaşıl ağaclara qovuşmağa tələsirdik.

Akademik Zemfira Səfərova haqqında kitab nəşr edilib Laslo Totun həyatı: Holokostdan Amerikaya | "Brutalist" filmi Beynəlxalq Teatr Gününə həsr olunmuş sərgi açılıb
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://kulis.az
archiveBu xəbər 12 Aprel 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see204

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see159

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see147

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri