Əsas məsələ Ermənistanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun...
Icma.az, Adelet.az portalına istinadən məlumat verir.
"Azərbaycan özü Aİ-95 markalı benzinin bir hissəsini daxili tələbatı ödəmək üçün xaricdən idxal etdiyi halda, Ermənistana 22 vaqon Aİ-95 benzini göndərir. Amma bu klassik iqtisadi proses deyil, sülh gündəliyini möhkəmləndirən düşünülmüş siyasi addımdır və doğru addımdır".
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
"Miqyas baxımından söhbət böyük məbləğdən getmir. Bir vaqon təxminən 55–60 ton benzin deməkdir. Pula çevrildikdə 22 vaqin bir neçə milyon dollar edir. Yəni bu, Azərbaycan iqtisadiyyatı üçün böyük pul deyil. Həm də onsuz da bu hədiyyə deyil, satılır və pulu alınır.
Həm də əsas məsələ Ermənistanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun əsasının qoyulmasıdır və bu rolun zamanla artacağıdır. Bu isə sülhü praktik olaraq möhkəmləndirən amildir.
Bu cür addımlar sərhəddə sülhün davamlı olmasına, sülh müqaviləsinin imzalanmasına xidmət edir.
Ən başlıcası isə bu proses bir məqsədə yönəlib: Azərbaycan əsgəri bir də şəhid olmasın, anaların ürəyi parçalanıb, gözləri qan ağlamasın", - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 18 Dekabr 2025 18:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















