Əsədçilər Suriya patrulunu pusquya saldı
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Suriyanın yeni təhlükəsizlik qüvvələrinin patrulu keçmiş prezidenti Bəşər Əsədin silahlı tərəfdarlarının Latakiya əyalətində qurduğu pusquya düşüb.
Axar.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Bildirilib ki, Əl-Haffa şəhəri yaxınlığında pusquya düşən təhlükəsizlik qüvvələrinin bir əsgəri ölüb, ikisi yaralanıb.
Qeyd edək ki, martın 6-dan Latakiya, Tartus və Xüms əyalətlərində Suriyanın yeni hakimiyyət orqanlarına tabe olan təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarlarının silahlı dəstələri arasında toqquşmalar başlayıb. Suriya əraziyə ordu yeridib, Cəblə şəhərinə nəzarəti bərpa edib.
Hazırda sahilyanı ərazidə komendant saatı tətbiq edilib.

Suriyada təhlükəsizlik qüvvələri ilə əsədçilər toqquşublar: 70 ölü
07 Mart 2025 10:09
Suriya təhlükəsizlik qüvvələri Latakiyada pusquya düşüb
09 Mart 2025 00:31
PKK türkyönlü qüvvələri pusquya saldı: ölənlər var
04 Dekabr 2024 12:39
İsrailin kəşfiyyat bölməsi pusquya salınıb
20 Noyabr 2024 11:33
Alimlər heyrətdə: Delfinlər köpəkbalıqlarını pusquya salır
30 Noyabr 2024 19:50
