Icma.az
close
up
RU
Etibar Məmmədovdan İran açıqlaması: “O jurnalistlər xüsusi xidmət orqanlarına məlumat ötürür, bizdə isə...”

Etibar Məmmədovdan İran açıqlaması: “O jurnalistlər xüsusi xidmət orqanlarına məlumat ötürür, bizdə isə...”

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

“İranda buna qədər də mütəmadi narazılıq və toqquşmalarla müşayiət olunan hadisələr baş verirdi. İndi isə vəziyyət fərqlidir. ABŞ-nin və İsrailin İranı bombalaması və rəhbər kadrların aradan götürülməsi İrana çox böyük zərbə oldu. Bunun ardınca isə bu hadisələrin başlanması və Donald Trampın da etirazlar fonunda hadisələrə  birbaşa müdaxilə çıxışları, nəhayət şahın oğlunun da  fəallaşması artıq hazırlığın göstəricisidir”. 
Bunu  Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov TV Müsavat-ın canlı efirində, Sevinc Telmanqızının təqdimatında yayımlanan “Canlı söhbət” verilişində deyib. O bildirib ki, Azərbaycan İran və Cənubi Azərbaycandakı hadisələrin gedişatına uyğun olaraq hazır olmalıdır:
“Çünki İran Azərbaycan üçün həmişə təhdid olub və bu, indi də belədir. Orada baş verən hadisələr Azərbaycana birbaşa təsir göstərmək istiqamətindədir. Biz buna indiyə qədər hazır olmalı idik. Lakin ABŞ-dən bizə xəbərdarlıq edirlər ki, hazır olun. Bu, olduqca xoşa gəlməyən məqamdır. Biz hadisələrin istənilən formada inkişafına hazır olmalıyıq. Qonşu dövlətdə baş verən hadisələr bizim üçün ssenariləşməlidir. Biz təhlil etməliyik ki, baş verənlərdən nə bizim xeyrimizə olar və ya nələr bizi təhdid edər.
İranda milyonlarla azərbaycanlı yaşayır və buna görə də orada baş verənlər həmişə bizim üçün maraqlı olmalıdır. Bizim iranşünas jurnalistlərimiz və ya İranda müxbir məntəqələrimiz varmı? İrandan jurnalist səviyyəsində birbaşa məlumat ala bilirikmi? Təəssüf ki, birbaşa əlaqə yoxdur. Bəs necə olur ki, “Reuters”, “Associated Press” oradan təfərrüatlı məlumatlar ötürür. Onlar yolunu tapıb və məlumatları vaxtında ala bilirlər. Bu media qurumları öz xüsusi xidmət orqanlarına məlumatlar ötürərək, onları istənilən ssenariyə hazır olmağa kömək edirlər.
Biz isə məlumatları xarici mətbuat orqanı vasitəsi ilə alırıq. Onların da öz mövqeyi, tərəfləri və maraqları var. Rus jurnalistlə Qərbdən olan jurnalist İrandakı hadisələri eyni baxışla işıqlandırmır. Maraq fərqi var. Bizdə hətta sosial şəbəkələrdə molla rejimini müdafiə edən ünsürlər də meydana çıxıblar. Görünür onlar da əvvəldən baş verənlərə hazırlıqlı olublar və özlərini sıravi vətəndaş kimi göstərərək rejimi müdafiəyə keçiblər.
AMEA-da iranşünaslıq istiqaməti varmı? Tarix institutunda İran şöbəsi varmı? Yoxdur. Güney Azərbaycan haqqında bizim təfərrüatlı məlumatımız yoxdur. Ermənistan bu məsələdə bizdən irəlidədir. İrəvan universiteti Təbriz universiteti ilə müqavilə bağlayıb. Onlar tarix sahəsində araşdırma edirlər.
İrandakı bəluclar kifayət qədər təşkilatlanıblar və qüvvələri var. Kürdlərin isə 6 partiyası var. Xuzistanda ərəblər də yaxşı təşkilatlanıblar. Bəs Güney Azərbaycanda hansı siyasi qüvvələr var və İran parlamentində hansı nümayəndəsi var? Bunlar haqqında çox cüzi məlumatımız var. Heç olmasa indi bu istiqamətdə hazırlaşmalıyıq”. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Yanvar 2026 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see133

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri