Ətirli elektron siqaretlərin təhlükəsini bilirsiniz?
Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ətirli elektron siqaretlərin tərkibindəki bəzi kimyəvi maddələrin nikotin olmasa belə orqanizmə zərər verə biləcəyi açıqlanıb.
Axşam.az xəbər verir ki, ABŞ-da aparılan yeni araşdırmada elektron siqaretlərdə istifadə olunan aroma verici maddələrin oynaq, əzələ-skelet sistemi və toxuma sağlamlığına mənfi təsir göstərə biləcəyi müəyyənləşib.
Seton Hall Universitetinin alimləri xüsusilə darçın və mentol aromalarının zərərli təsirlərinə diqqət çəkiblər. Araşdırma zamanı bu maddələrin qığırdaq hüceyrələrinin ölümünə səbəb olduğu, hüceyrələrin sağlam toxuma yaratmaq və onu qorumaq qabiliyyətini zəiflətdiyi müşahidə edilib.
Alimlərin fikrincə, bəzi kimyəvi aroma maddələri hüceyrələrdə iltihablanmanı artırır və toxumaların zədələnməsi ilə şişkinliyə səbəb ola biləcək dəyişikliklər yaradır.
Araşdırmanın müəlliflərindən dosent Cessika Kottrell bildirib ki, elektron siqaretlərdə istifadə olunan aroma verici maddələr zərərsiz hesab edilməməlidir. Onun sözlərinə görə, nikotin olmasa belə, bu kimyəvi maddələr orqanizmdə maddələr mübadiləsinə, gen ifadəsinə və iltihab proseslərinə təsir göstərə bilər.
Tədqiqatçılar həmçinin darçın aromasının əsas komponenti olan sinnamaldehidin ağciyər və tənəffüs yolları hüceyrələrinin ölümünə səbəb ola bildiyini göstərən əvvəlki araşdırmalara diqqət çəkiblər.
Mütəxəssislər elektron siqaretlərin əzələ-skelet sistemi və ümumi toxuma sağlamlığına uzunmüddətli təsirlərinin daha geniş araşdırılmasına ehtiyac olduğunu bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 05 Oktyabr 2026 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















