Icma.az
close
up
RU
“Ətrafındakı məxluqlar onu bu günə qoydu!” “Arzum”un rəfiqəsi danışdı + VİDEO

“Ətrafındakı məxluqlar onu bu günə qoydu!” “Arzum”un rəfiqəsi danışdı + VİDEO

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Arzumun həyatını ətrafına yeni soxulan insanlar məhv elədi. Hamısını ətrafdakı bəzi məxluqlar elədi".

“Yeni Sabah” xəbər verir ki, bu sözləri bu gün həbs edilən “TikTok” fenomeni İlduzə Hacıyevanın (Arzum9999) bloqçu rəfiqəsi və model Toma deyib.

O, "Arzum"la son görüşündən görüntüləri yayımlayaraq onun haqqında fikirlərini bölüşüb: Dördpendirli pizza

“Arzumu tanıyan hamı bilir ki, nə olsa da, dilindədir, qəlbində kin yoxdur, düşməni belə gəlsə, barışar. Bilirsiniz, mən incikli idim Arzum ilə. Bu ilin fevralında barışdıq. Mən əməliyyat oldum, zəng elədi, maraqlandı, yenidən danışdıq, amma əvvəlki kimi görüşə bilmədik.

Bu son görüşümüzdə ifa elədiyi mahnını mənə dinlətdi. Hər şey videoda göründüyü kimi deyil, burada gülür, amma videonu yarımçıq kəsib hönkür-hönkür ağlayıb getdi bütün yolu. Biz bəzən publikaya acımızı göstərə bilmirik, içimizdə çəkirik, amma sizinlə danışanda gülürük ki, mənfi aura ötürməyək”.

O, "Arzum"un bu vəziyyətə düşməsində ətrafındakı insanların da rolunun olduğunu deyib:

“Çox təəssüf ki, onun həyatını ətrafına yeni soxulan insanlar məhv elədi. Bəziləri qızışdırdı ki, filankəslə dalaş, bəziləri dedi filankəsi şikayət elə, halbuki heç biri öz istəyi olmayıb, hamısını ətrafdakı bəzi məxluqlar elədi. Mən həmişəki kimi ona başa saldım, etmə, eləmə. Özü də razılaşırdı ki, düzdür, eləmərəm, amma yenə onu yıxan ətrafındakı boşboğazlar oldu. Düşmən bildiyimiz "xalq" qıyırdı, balalarımızı anasız qoyurdu. Mən inanmazdım ki, Azərbaycanda da bunu arzulayan minlərlə insan var, hətta bir ananın balasız qalmağını arzulayan elə özü ana olan şəxslərdir. Həyat bumeranqdır, heç kəs gülüb lağ elədiyi insanın həyatını yaşamadan ölməyəcək.

Arzunun səhvləri ola bilər, amma bu, onu baladan ayrı salacaq qədər ağır və qəddar səhv deyildi. Allah hamının qəlbinə vicdan versin, düşmənçiliyi də mərd yaşamaq lazımdır, namərd kimi kürəkdən vurmaqla yox! Allahın məhkəməsi sorğu-sualsızdır, hər şeyi haqqı, ədaləti O bərpa edəcək, inşallah... Allah qəlbinizə mərhəmət versin, qəddarcasına şərh yazanda düşünün, sonra yazın... Allah heç bir balanı anasından, onun qoxusundan, nəfəsindən ayrı salmasın”.

Qeyd edək ki, bu gün Xəzər Rayon Məhkəməsində İlduzə Hacıyevanın (Arzum9999) cinayət işi üzrə yekun hökm elan edilib. Məhkəmə onu 5 il 2 ay müddətinə azadlıqdan məhrum edib. Hökm oxunduqdan sonra Arzum məhkəmə zalında həbs olunub. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Əsmətxanım Rzazadə


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:221
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 02 İyul 2026 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri