Icma.az
close
up
RU
Ev sahiblərini heyran edən 8 ağıllı kağız dəsmal fəndi

Ev sahiblərini heyran edən 8 ağıllı kağız dəsmal fəndi

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kağız dəsmallar yalnız əlləri qurulamaq və təmizlik üçün deyil.

Onların bir çox faydalı xüsusiyyətləri var: qidaların təravətini qorumaq, mətbəx işlərini asanlaşdırmaq və ev əşyalarını qorumaq kimi.

Göyərtiləri soyuducuda saxlamaq

Göyərtilərin daha uzun müddət təzə qalması üçün onları yuyun və artıq nəmi silkələyin. Sonra iki təbəqə kağız dəsmalla birlikdə hava keçirməyən qabda saxlayın. Kağız dəsmal artıq nəmliyi udacaq və göyərtinin ətrini və təravətini qoruyacaq.

Soyuducu rəflərini qorumaq

Soyuducu rəflərini təmiz saxlamaq üçün üzərinə kağız dəsmal sərmək olar. Onlar artıq nəmliyi udur, kifin və xoşagəlməz qoxuların qarşısını alır. Həm də tökülən maye və qırıntıların təmizlənməsini asanlaşdırır.

Kəsmə taxtasının altında istifadə

Kəsmə taxtasının altına kağız dəsmal qoymaq onun sürüşməsinin qarşısını alır. Bu, mətbəxdə təhlükəsizliyi artıran sadə və rahat üsuldur. Eyni zamanda, kağız asanlıqla dəyişdirilə bilər və iş sahəsinin təmizliyini qorumağa kömək edir.

Bulyondan köpük və yağ təmizləmək

Bulyonun səthindəki köpük və artıq yağı tez çıxarmaq üçün kağız dəsmalı üzərinə qoyun. Bir neçə saniyə ərzində kağız dəsmal lazımsız maddələri hopduracaq. Daha sonra onu atmaq kifayətdir. Bu üsul şorbanın daha şəffaf və dadlı olmasına kömək edir.

Süfrədən şam mumu ləkəsini təmizləmək

Əgər şam mumu süfrəyə damcılayıbsa, ləkənin üzərinə kağız dəsmal qoyun və ütüləyin. Mum əridikdə kağıza keçəcək. Bu üsul parçada iz və zərər qoymadan onu təmizləməyə imkan verir.

Qab-qacaqı cızıq və pasdan qorumaq

Keramika və ya yapışmayan səthə malik qabların cızılmasının qarşısını almaq üçün onları yığarkən aralarına kağız dəsmal qoyun. Bu, səthləri qoruyur və artıq nəmliyi hopdurur. Qabların ömrünü uzadır və yaxşı vəziyyətdə saxlayır.

Donmuş çörəyi təzə saxlamaq

Çörəyi dondurucuda uzunmüddətli saxlamaq üçün onu bir neçə təbəqə kağız dəsmal ilə birlikdə paketə qoyun. Bu, artıq nəmliyi hopduraraq pis qoxuların qarşısını alır. Beləliklə, çörək dondurucudan sonra da təravətli və dadlı qalır.

Tikiş maşınını təmizləmək

Tikiş maşınında artıq yağı asanlıqla təmizləmək üçün bir neçə tikişi kağız dəsmal üzərində tikin. Dəsmal artıq yağı hopduracaq. Bu, maşını təmiz və işlək vəziyyətdə saxlamaq üçün sürətli üsuldur.

Kənan
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:372
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 23 May 2025 04:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri