Evdən çıxarkən hər dəfə nələri etmək lazımdır? KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
Elektrik çaydanı, ütü, ayaqqabı qurudan cihaz, qızdırıcı və digər qızdırıcı elementləri olan məişət cihazlarını evdən çıxarkən sadəcə söndürmək kifayət deyil. Onların elektrik ştepselini də rozetkadan çıxarmaq lazımdır.
KONKRET.az xəbər verir ki, bu barədə elektrikçi Yevgeni Şişkin Lenta.ru-ya açıqlamasında xəbərdarlıq edib.
Onun sözlərinə görə, elektrik cihazlarını heç bir halda nəzarətsiz şəkildə rozetkada saxlamaq olmaz. Ekspert qeyd edib ki, bu qaydaya əməl edilməməsi yanğına səbəb ola bilər.
“Fen, saç buran cihaz və qızdırıcı elementləri olan digər qurğuları da istifadədən dərhal sonra şəbəkədən ayırmaq daha yaxşıdır”, deyə Şişkin tövsiyə edib.
O bildirib ki, hətta “ağıllı ev” sistemi də yanğından tam qorunmağa zəmanət vermir. Nasazlıq baş verdiyi halda avtomatik sistemdə də problem yarana bilər./demokrat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 08 Oktyabr 2026 00:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















