Evin tək oğlu idi, toya hazırlaşırdı Qusarda AİLƏ FACİƏSİ VİDEO
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Qusarda bədbəxt hadisə baş verib. 29 yaşlı şəxsi sel aparıb. Hadisə rayonun Gündüzqala kəndində baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
"Evin tək oğlu idi, toya hazırlaşırdı" - Qusarda AİLƏ FACİƏSİ - VİDEO
Kənd sakinlərinin sözlərinə görə, bu artıq ərazidə baş verən ikinci sel hadisəsidir: "Sel güclü gəlib, eşitdiyimə görə bir nəfəri də aparıb. Bu, ikinci dəfədir. Bundan 3-4 gün qabaq da gəlmişdi. O da çox güclü idi. Bu, ondan da güclüdür".
Mərhumun qohumu hadisə anını belə təsvir edib:
"İki gündür sel gəlir. Qıraqda dayanmışdıq hamımız. Baxırdıq selə, kömək etməyə ehtiyac yox idi. O, birinci dəfə sürüşdü, güclə tutub çıxardıq. İkinci dəfə sürüşəndə çatdıra bilmədik. Özü bir az qıraqda dayanmışdı, torpaq suyun içinə düşdü. O da onunla bir yerdə düşdü. O qədər qaçdıq, ayaqyalın, amma çatdıra bilmədik. Su çox sürətli idi. Evin tək oğlu idi, subay idi. Toya hazırlaşırdı".
05 aprel, 16:24
Qusarda sel aparan şəxsin meyiti tapılıb.
Oxu.Az xəbər verir ki, Qusarın Gündüzqala kəndi ərazisindən keçən Quruçaya sel gəlməsi nəticəsində kənd sakini, 27 yaşlı Faiq Fərid oğlu Rəsulovu sel aparıb.
Aparılan axtarışlar nəticəsində F.Rəsulovun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 06 Aprel 2026 02:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















