Icma.az
close
up
RU
“Evlilikdən öncə birgəyaşayış ailənin əsl prototipi deyil” Sosioloq

“Evlilikdən öncə birgəyaşayış ailənin əsl prototipi deyil” Sosioloq

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Evlilik hər kəsin həyatında fərqli mənaya malik olan bir addımdır. Bəziləri üçün bu, sevgi və bağlılığın ən yüksək forması, bəziləri üçün isə məsuliyyət və öhdəliklərin başlanğıcıdır. Hər kəsin evlilik haqqındakı düşüncəsi şəxsi təcrübələrinə, ailə mühitinə və həyat dəyərlərinə görə dəyişir.

Qeyd edək ki, müğənni Əbdül Xalidin "bir müddət bir evdə yaşayın, daha sonra evlənin" sözləri müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı fikirlərini Redaktor.az-la bölüşən sosioloq Yusif Nəbiyev bildirdi ki, evlilikdən öncə bir müddət birlikdə yaşamaq tövsiyəsi tez-tez gündəmə gətirilir:

"Dərin düşünülməmiş, gələcək fəsadları nəzərə alınmamış, yerli dəyərlər və sosial struktura uyğunluğu nəzərə alınmamış bu "tez-bazar" tövsiyə ola bilər ki, ilk baxışdan kimlərəsə konstruktiv həll kimi görünsün, amma bu davranış forması dərinlərdə çox ciddi fəsadlar ortaya qoymaqdadır. Guya ailə həyatını simulyasiya edən bu davranış (evlilikdən öncə birgəyaşayış) əslində ailənin ən önəmli komponentlərindən məhrumdur. Hər şeydən öncə, bu birgəyaşayış əsla ailə münasibəti qədər ciddi qəbul edilmir, edilə də bilməz. Bu birgəyaşayış ailənin "sınaq" forması olduğu üçün, tərəflər də bunu "sınaq" kimi görürlər. "Alınmaz, alınmaz da, nə edə bilərik?" düşüncəsi ilə yanaşırlar. Sınaq kimi gördükləri üçün də, ailə həyatında ediləcək və edilməli olan bir çox fədakarlıqları, verilməli qurbanları bu münasibətdə qətiyyən etmirlər. Ailə münasibətində tez-tez ciddi qərarlar alınmalı olur. Bu "ailə prototipi" sayılan birgəyaşayışda isə tərəflər o ciddi qərarları verməkdən birmənalı boyun qaçırırlar. Bu axı ailə deyil, bu sadəcə sınaqdır. Nə gərək var, ciddi qərarlara? Biz hələ baxırıq. Hələ yoxlayırıq".
Onun sözlərinə görə, nəticədə, problemlər həll edilməmiş qalır:

"İnsanların yalnız ciddi yol ayrıclarında, ciddi stres zamanı üzə çıxan həqiqi tərəfləri bu birgəyaşyışda üzə çıxmır. Yəni guya ki, evlilikdəki sürprizlərdən qaçınmaq üçün tövsiyə olunmuş bu yaşayış forması bizi heç də evliliyin sürprizlərindən qorumuş olmur. Daha bir çatışmayan ailə komponenti isə maliyyə və leqal məsuliyyət məsələləridir. Birgəyaşayış vizual baxımdan evliliyi təqlid etsə də, burada heç bir hüquqi və maliyyə məsuliyyətləri olmur. Tərəflər bir-birlərinə qarşı heç bir real bağlılıq və öhdəlik daşımırlar. Elə isə yenə də sual budur: Bəs bu necə ailə prototipi oldu?"

Müsahibimiz nəzərə çatdırır ki, evlilik yalnız birgə yaşamaq deyil, bir damın altını paylaşmaq deyil.

"Bunu biz ev yoldaşlarımızla, əsgər yoldaşlarımızla da edirik. Bunu valideynlərimizlə də edirik. Əsl ailə həyatı hüquqi, sosial və ailə məsuliyyətləri ilə doludur. Birgəyaşayış dövründə bu məsuliyyətləri həqiqi mənada yaşamaq mümkün deyil. Elə isə bu metodlar ailəni "test" etmək də mümkün deyil. Hələ burada partnyorlar üzərindəki ailə və sosial basqıda, mənəvi və sosial dəyərlərimizi tapdalamağın gətirmiş olduğu təcrid və tənhalıqdan danışmıram. Mən bu "test"dən o "test"ə qaçan, hər 2-3 ayda bir yeni "test" ilə ailə həyatını guya ki, imitasiya edən gənclərin daha sonra boşalan emosional daxili dünyalarından, laxlayan əxlaq dəyərlərindən, sədaqət və bağlılıq hissinin deqradasiyasından hələ danışmıram. Sırf bir sosial eksperiment kimi belə bu birgəyaşayış səfsətəsinin heç də funksional olmadığını və heç bir real problemi həll edə bilmədiyini demək istəyirəm", - deyə Yusif Nəbiyev yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Oktyabr 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri