Əvvəl lağ edirdilər, indi bizdən nümunə götürürlər Rusiya qohum evliliyini qadağan edəcək?
Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İstər real, istərsə də virtual olaraq çox eşitmişik: ruslar bizə həmişə lağ edirdilər ki, əmi, bibi, xalauşaqları bacı-qardaş sayılır, müsəlmanlar isə yaxın qohumlarla evlənirlər. Nəhayət, başqalarının gözündə tük axtaranların öz gözlərinin tiri göründü:
Ruslarda da qohum evliliyi varmış...
Əslində ironik vəziyyətdir. Uzun illərdir Rusiya mətbuatında, sosial mediada Azərbaycan, Orta Asiya və Qafqaz xalqları ilə bağlı stereotiplərdən biri də məhz “qohum evlilikləri” məsələsi olub. Çox vaxt bu, aşağılayıcı və ya satirik formada, “barbarlıq” kimi təqdim olunub.
Amma indi öz cəmiyyətlərində eyni praktikanın mövcudluğunu, hətta hüquqi boşluqların olduğunu etiraf etməyə başlayıblar. Rusiya Dumasının deputatı Vitali Milonovun “nəhayət bizdə də bu məsələni qaldırmaq vaxtıdır” deməsi də bir növ dolayısı ilə bu “bəsdir özgələrə lağ etdik, özümüzü düzəltmək lazımdır” etirafıdır.
Rusiya cəmiyyətində niyə bu məsələ çox danışılmırdı?
Qohum evlilikləri daha çox regionlarda olduğu üçün gizli qalırdı, rus mətbuatında bu mövzuya toxunulmurdu. Ruslar bunu dini və etnik faktorlarla əlaqələndirirlər ki, Rusiyada müxtəlif xalqlar yaşayır və rəsmi səviyyədə bu məsələyə toxunmaq “etnik diskriminasiya” riski yarada bilər. Burası başadüşüləndir, o zaman “mədəni üstünlük” göstərib, praktikada həyata keçirmək riyakarlığı nəyə lazım idi?!
Azərbaycanda qohum evliliyi rəsmi qadağan olundu (bəzi Orta Asiya dövlətlərində - Qırğızıstan, Qazaxıstan, Tacikistanda qadağandır) və üstdən baxmağa alışmış ruslar boşluqda qalıb sağa-sola ilişə bilmədikləri üçün dişlərini özlərinə batırmalı olublar. Artıq vəziyyət dəyişir: qanunlarını möhkəmləndirmiş Azərbaycandan keçmiş sovet ölkəsi deyil, müstəqil, güclü Azərbaycan kimi nümunə götürürlər.
Şəfiqə Şəfa, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 18 Sentyabr 2025 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















