Fabreqas iki böyük klubun təklifinə yox dedi
Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Komo"nun baş məşqçisi Sesk Fabreqas İtaliyanın iki böyük klubunun təklifini rədd edib.
Fanat.Az xəbər verir ki, bu barədə "Milan News" məlumat yayıb.
Mənbənin məlumatına görə, "Milan" və "Roma" bu yay komandalarına rəhbərlik etmək üçün Fabreqasa təklif göndərib, lakin 37 yaşlı ispaniyalı mütəxəssis hər iki variantı rədd edib.
Almaniyanın "Leypsiq" klubunun onunla maraqlandığı barədə xəbərlər dolaşır. Həmçinin, "Komo"nun Fabreqası növbəti mövsümdə saxlamaq və avrokuboklar uğrunda mübarizə aparmaq istədiyi bildirilir.
Fabreqas baş məşqçi kimi debüt mövsümünü keçirir. Onun komandası hazırda 43 oyunda 36 xalla İtaliya çempionatının turnir cədvəlində 13-cü yerdədir.
Mirağa
Baxış sayı:122
Bu xəbər 15 Aprel 2025 23:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















