Icma.az
close
up
RU
Faiq Hacıyev: Kurban Berdıyev lazım olan açıqlamanı verib

Faiq Hacıyev: Kurban Berdıyev lazım olan açıqlamanı verib

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Turan Tovuz"un müdafiəçisi Faiq Hacıyev apasport.az saytına müsahibə verib.

- Mövsümün ilk yarısından sonra fasilə zamanı əməliyyat keçirdin. İndiki durumun necədir? Kollektivlə məşq etməsən də, Türkiyədə idin..
- Zədədən sonra durumum hazırda yaxşıdır. Məşqçilər və həkim korpusu daha yaxşı qayıtmağım üçün əllərindən gələnin ən yaxşısını etməyə çalışırlar. Bəli, komanda ilə birlikdə Türkiyədə idim. Fərdi məşqlər yerinə yetirdim. Durumum isə yaxşıdır. 

- Komandaya mövsümün ikinci yarısında kömək etmək ehtimalın nə qədərdir? Kollektivlə birgə hazırlaşmamağın əsas heyətə düşməyinə necə təsir edəcək?
- Düzdür, hələ ki, kollektivlə məşq etmirəm. Ancaq daha çox çalışıb komandaya kömək etməyə çalışacam. Kollektivimizdə əsl rəqabət var. Bu da bizim xeyrimizədir. Ona görə də çox çalışıb, yenə əsas heyətə düşməyə çalışacam. İnanıram ki, hər şey yaxşı alınacaq. 

- Oynamasan da, yəqin ki, komandanın "Qloriya" və "Paxtakor"la matçlarını izlədin. Həmin oyunlarda komandanın performansı necə idi, komanda istədiyi futbolu oynaya bilirdi?
- Fikrimcə, təlim-məşq toplanışımız istədiyimiz kimi keçdi. Düzdür, oyunlarda məğlub olduq. Ancaq bizə vacib olan bu matçlarda yüklənmə və ağırlığı hiss etmək idi. Oyun sisteminin oturuşmasına çalışırdıq. Allah qoysa, bütün bunların bəhrəsini də çempionat matçlarında görəcəyik. İnanıram ki, istədiklərimizi həyata keçirə biləcəyik.

- "Turan Tovuz" artıq iki yerli transferi reallaşdırıb. Komanda Rəhim Sadıqov və Orxan Əliyevi heyətinə qatıb. Onlar barədə nə düşünürsən? Müdafiəçi olaraq, onlara qarşı oynamaq sənə çətinlik törədirdi?
- Hər iki futbolçunun özünə xas oyun tərzi var. Həm Rəhim, həm də Orxanın bizim komandaya gəlməsi "Turan Tovuz"a güc qatacaq. Hər ikisi də yaxşı futbolçulardır. Təbii ki, komandamıza lazım bilib gətiriblər, inanıram ki, hər şey yaxşı alınacaq.

- Mövsümü elə ən azından indiki pillədə başa vurmağınızı real hesab edirsən? Yoxsa rəqiblər sizə fərqli və daha ciddi yanaşacağı üçün düşünürsən ki, mövsümün ikinci yarısında işiniz daha da çətindir?
- Mövsümün ikinci yarısı daha da ağır keçəcək. Bu gözlənilən məsələdir. Hər bir oyunun öz əhəmiyyəti olacaq. Biz də əlimizdən gələnin ən yaxşısını edib, istədiyimiz kimi çempionatı başa vuracağıq. Ümidvaram ki, hər şey uğurlu alınacaq.

- Mövsümün ikinci yarısına Qərb derbisi ilə başlayacaqsız. "Kəpəz"lə qarşılaşmaq yaxşıdır, yoxsa daha uyğun rəqiblə oynamaq istəyərdiz?
- Hər bir rəqibə hörmət edirik. Birinci oyunlar həmişə çətin olur. Bunun qərb derbisi olması oyunu daha maraqlı edəcək. Daha diqqətli olub, bu oyunda qələbə qazanmağa çalışacağıq. Komanda olaraq uğurlu nəticə qazanmaq istəyirik. İnanıram ki, hər şey yaxşı alınacaq.

- Legioner limitinin ləğvi məsələsi haqda fikrini öyrənmək istəyərdim. Səncə, bu qərar yerli futbolçulara necə təsir edəcək? 
- Bu barədə baş məşqçimiz Kurban Berdiyev, məncə, lazım olan açıqlamanı verib. Nə qərar çıxacaq, bilmirəm. Məncə, uşaq futbolunu daha yaxşı vəziyyətə gətirdikdən sonra limiti ləğv etmək barədə düşünmək olar. 10 komandalı çempionatda bunu etmək futbolçulara çətinlik yaradacaq.

"Neftçi" Kilan Lebonla yolları ayırıb - Rəsmi Juninyo: "Braziliyada olduğum üçün çox xoşbəxtəm" - VİDEO “Qarabağ”dan Juninyo açıqlaması - RƏSMİ “Eqnatiya”nın idman direktoru: “Qarabağ”la bunu müzakirə etməliyik" - Açıqlama Məhəmməd Mirzəbəyov: "Hər kəs “Neftçi”nin “Qarabağ”la rəqabət aparacağını gözləyir"
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://apasport.az
archiveBu xəbər 14 Yanvar 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri