“Favorit “Qarabağ”dı və bu matçda azı üç qol vura bilər” Şimali Makedoniya mətbuatı
Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Qarabağ” bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda “Şkendiya”nı qəbul edəcək.
“Football-plus.az” xəbər verir ki, Şimali Makedoniyanın ünlü idman saytı “gol.mk” oxucularına oyundan gözləntilərlə bağlı yazı təqdim edib:
“Ev matçında qeydə alınan məğlubiyyət “Şkendiya”nın pley-off mərhələsinə vəsiqə qazanmaq şansını böyük ölçüdə azaltdı. Bu gün futbol biliciləri təmsilçimizin mərhələ adlamaq şansını cəmi 7 faizlə dəyərləndirir. Hər halda, çempionatımız ən mötəbər klub turnirində göstərdiyi performans və əldə etdiyi nəticələrlə Şimali Makedoniya futboluna yuxarıdan aşağı baxmağın yanlış addım olacağını sübut etdi. Jeton Bekiri komandaya çox yaxşı uyğunlaşıb. Sərəncamında gözləntiləri qarşılaya biləcək yetərli sayda oyunçu var. Unutmayaq ki, “Şkendiya” evdə “Qarabağ”a uduzsa da, gözləniləndən daha yaxşı çıxış etdi: qol vəziyyətləri yaratdı və fərqlənməyə dəfələlərlə həddən artıq yaxınlaşdı. Sadəcə, şans bizimkilərdən yana olmadı. Bu səbəbdən Bakıda keyfiyyətli oyun izləyəcəyik. “Şkendiya” yenə hücumlar edəcək. Ancaq bunu çox diqqətli şəkildə etməliyik. Qol vurmalı olan futbolçular həm fiziki, həm psixoloji cəhətdən hazır olmalıdı. Favorit “Qarabağ”dı və bu matçda azı üç qol vura bilər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 12 Avqust 2025 20:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















