Icma.az
close
up
RU
Faxralı da bıçaqlanma Onu vuranda mahnıya qulaq asırdım

Faxralı da bıçaqlanma Onu vuranda mahnıya qulaq asırdım

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Bakının Xətai rayonunda 1993-cü il təvəllüdlü Sabir tanışı Rəşadı bıçaqlayıb. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin fevralın 5-də rayonun Məzahir Rüstəmov 21 ünvanında yerləşən “Faxralı” kafesinin üçüncü kabinetində baş verib. 
Sabirin həmin gün saat 19:18-də orada Rəşadla birlikdə olarkən aralarında mübahisə yaranıb. Mübahisə zamanı o, üzərində olan mətbəx bıçağı ilə Rəşada zərbələr vurub.
Hadisəni törədən Sabirin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Sabir ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, məlum hadisə baş verməmişdən öncə Zərərçəkmiş şəxs ilə arasında yaranmış mübahisəni qəbul edə bilməyib. Onun ifadəsinə görə, “Faxralı” adlı kafedə əyləşərkən bıçaqla zərərçəkənə bədən xəsarətləri yetirdikdən sonra evə yollanıb, üzərindəki əşyaları evdə qoyaraq polis idarəsinə təslim olmaq məqsədilə gedib.
Təqsirləndirilən şəxs həmçinin bildirib ki, zərərçəkmiş Rəşad ilə yaxın dost olub: “Hadisə 5 fevral 2025-ci ildə, saat 19 radələrində baş verib. Mən onun əyləşdiyi “Faxralı” adlı kafeyə getdim. Bu zaman o, məni qarşıladı. Biz kabinetdə əyləşdik. Həmin kabinetdə Rəşaddan başqa 3 nəfər şəxs də olub. Kafeyə getməkdə məqsədim içindəki sıxıntını həll etmək olub. Rəşadla aramızda xəyanətdən yaranan mübahisə baş vermişdi. Mən bıçağı evdən götürərək kafeyə getmişdim. Məni Rəşadı öldürmək niyyətim olmayıb. Bıçağı evdən götürməkdə məqsədim Sabiri bıçaqla zərbə yetirmək olub. Mən masanın ön hissəsində, Sabir isə mənim yanımda əyləşdi. Masada əyləşən zaman bıçaq cibimdə olub. Mən Rəşadla çox söhbət etməmişəm. Anidən masadan qalxaraq Rəşada bıçaqla zərbə yetirmişəm. Hadisə zamanı musiqiyə qulaq asmışam. Ona neçə bıçaq zərbəsi yetirdiyimi xatırlamamışam.  Ətrafdakı şəxslər məni Rəşaddan ayırmağa çalışdılar. Bıçaqla zərbə yetirdikdən sonra yaşadığım Bakıxanov qəsəbəsi ərazisinə getdim. Orada heç kimlə görüşmədim”. 
Təqsirləndirilən şəxsin ifadəsinə görə, daha sonra Xətai Rayon Polis İdarəsindən onun mobil telefonuna zəng gəlib: “Mən birbaşa polis idarəsinə gedərək təslim oldum. Rəşada bıçaqla zərbə yetirdikdən sonra onun aqibətini bilməmişəm. Kafedə onunla söhbət etməyə cəhd etməmişəm, buna cəsarətim də çatmayıb. Hirsim soyuduqdan sonra ona bıçaqla zərbə yetirmək prosesini dayandırmışam. Rəşada Ona birdən çox zərbə yetirdiyimi xatırlamışam”. 
Zərərçəkmiş Rəşadın sözlərinə görə, Sabiqlə dost münasibətində olmaqla aralarında ədavət və düşmənçilik olmayıb: “Hadisə baş verməmişdən əvvəl Sabirlə aramızda mübahisə yarandı. Həmin mübahisədən sonra “Faxralı” adlı kafedə əyləşən vaxt Sabir mənə bıçaqla zərbələr yetirdi”. 
Zərərçəkmiş şəxs həmçinin bildirib ki, hadisədən əvvəl Sabiri həmin kafeyə dəvət edib: “Kafedə əyləşən zaman Sabirlə deyib-gülmüşük. Bıçağın stolun üzərində olub-olmamasının mənim üçün heç bir əhəmiyyəti olmayıb. Sabirin üzərində bıçağın olub-olmamasından məlumatsız olmuşam. Mən heç vaxt Sabirin üzərində bıçaq görməmişəm. Zərbədən sonra özümdən getmişəm və gözümü xəstəxanada açmışam. Hadisədən təxminən 2 həftə əvvəl də Sabirlə aramızda mübahisə oldu. Sabirin mənə bıçaqla zərbə yetirməsinin 2 həftə əvvəl aramızda olan mübahisə ilə heç bir əlaqəsi olmayıb. Hadisə vaxtı Sabir və mən içkili olmamışıq”. 
Qeyd edək ki, təqsirləndirilən şəxs ifadəsində zərərçəkmiş Sabirlə xəyanətlə bağlı mübahisələri olmasını etiraf etsə də, nə özü, nə dəki zərərçəkmiş şəxs bu xəyanət məsələsini detallarını açıqlamayıb. İş üzrə ifadə verən şahidlər də onların arasında xəyanət üstündə mübahisə olduğunu qeyd etsələr də, bu məsələnin səbəbləri barədə məlumatsız olduqlarını deyiblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sabir 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Fevral 2026 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri