Icma.az
close
up
RU
Federasiyada iclas günü

Federasiyada iclas günü

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Boks Federasiyasının (ABF) iclası keçirilib. Sport24.az xəbər verir ki, İclasda 2024-cü ilin nəticələri və növbəti ilin fəaliyyət planı müzakirə olunub.

ABF-in vitse-prezidenti Vüsal Nəsirli 2024-cü ili Azərbaycan boksu üçün uğurlu adlandırıb. O, Olimpiya ilində beynəlxalq yarışlarda 160 medalın əldə olunmasını, Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medalın qazanılmasını yüksək qiymətləndirib.

V.Nəsirli yeni ildən və 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiadadan gözləntilərin daha böyük olduğunu vurğulayıb. O bildirib ki, hədəf dəyişməzdir və ilk qızıl medalı növbəti Olimpiadada qazanmaq üçün bütün lazımı addımlar atılacaq.

Federasiya rəsmisi tezliklə maddi-texniki bazanın daha da gücləndiriləcəyini, regionlarda yeni mərkəzlərin, rayon və şəhərlərdə yeni boks zallarının açılacağını, müəyyən təkmilləşdirmə işlərinin aparılacağını qeyd edib.

O, ardınca kişilərdən ibarət millinin baş məşqçisi Ravşan Xocayevi komandaya təqdim edib və təcrübəli mütəxəssisin qarşısına qoyulan hədəfləri açıqlayıb.

Özbəkistanlı baş məşqçi də öz növbəsində Azərbaycan boksunun inkişafı üçün var gücü ilə çalışacağını, bilik və təcrübəsini bu işə sərf edəcəyini bildirib.

Daha sonra milli komandaların həkimi Zaur Abdullayev boksçuların sağlamlıq durumu haqqında və görülmüş işlər barədə hesabat verib.

İclasda məşqçi, hakim və boksçuların sualları cavablandırılıb, müzakirələr aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://sport24.az
archiveBu xəbər 05 Dekabr 2024 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri