Icma.az
close
up
RU
Fələstinli Afnan Qəzzanı unudub, Xocalıya necə ağladı? Səmada qanayan yara

Fələstinli Afnan Qəzzanı unudub, Xocalıya necə ağladı? Səmada qanayan yara

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Onunla bu il tanış olanda hələ fevralın 15 idi. Amma nə edim ki, hər il fevral başlayar-başlamaz 18 yaşımda aldığım travma oyanır. Yadıma atamın titrək səsi düşür. Elə düşünürdüm ki, heç nə onu qorxuda bilməz. İndi qəhrəmanımın səsində acı, xəcalət və eyni zamanda bir təlaş var idi. Bütün bədəni titrəyirdi, nə dediyini anlaya bilmirdik. Gözlərində bir ifadə var idi ki, heç onu belə çarəsiz görməmişdim. Bircə kəlməni ayırd edə bildim Xocalıda...

Ankaradan Bakıya qanadlanacaq təyyarəyə ən son sərnişin olaraq daxil oluram. AZAL-ın təyyarəsi ilə uçmağın qüruru da var, kədəri də. Bu qarmaqarışıq duyğularla oturacağa çatıram, başı al-əlvan örpəklə bağlı, üzü çox məsum görünən bir ərəb qızdan 5-6 kəlməlik ingiliscəmlə mənə yol verməsini istəyirəm. Oturan kimi ürkək baxışlarla baxıb ingiliscə salamlaşdı. Cavab verdim, sonra da bir təhər izah etdim ki, məndən bu qədər. Bildiyim bütün sözləri istifadə etdim. Soruşdu ki, türkcə bilirsənmi? Dedim, atan rəhmətlik bayaqdan mənə niyə zülm edirsən, danış da bu doğma dilimizdə. İlk sualı bu oldu: “Sən müsəlmansan? Allaha inanırsan?”. Dedim müsəlman olmasam mənimlə danışmayacaqdın? Cavabı ürkək bir sükut oldu.

Sözün qısası bu gözəl üzlü, olduqca zərif qız dedi ki, o fələstinlidir. Atası onu müharibədən qorumaq və təhsil almaq üçün Ankaraya göndərib. Tibb təhsili alır. Sevindim. Bu qızcığaz dünyamıza şəfa gətirəcək demək. Soruşdu ki, Fələstində, Qəzzada baş verənləri bilirsənmi? Söylədim ki, təəssüf ki, bunu bilmək işimin bir hissədir.  Şimalda Şucaiyə, Cəbaliya, Beyt Hanunda vəziyyət daha kirtikdir. Qəzza zolağının cənubunda, daha doğrusu Misirlə sərhəddə yerləşən Rəfahda isə vəziyyət getdikcə pisləşir. Qızın bu suallarından, üz mimikalarından, qəzəbli baxışlarından belə anladım ki, o nədənsə bizdən incikdir. Sanki, Netanyahuya bircə kəlmə deməyimiz bəsdir ki, ta bəsdir.

İkimiz də uzun müddət susduq. Sükutu bu dəfə mən pozuram:

Qızım, Azərbaycanı tanıyırsanmı? Təbii ki, mən hər dəfə ailəmin yanına getmək üçün, Ankaradan Bakıya gəlib təyyarə dəyişdirirəm. Çox gözəl hava limanınız var. Azərbaycanla bağlı güclü və zəngin bir ölkə təəssüratı var məndə. Amma əmin deyiləm, burada yaşayan müsəlmanları fələstinlilərin acısı qayğılandırır, ya yox... Dedim, bu dediklərinə hələ birazdan cavabım olacaq. Hələ ki, sual növbəsi məndə. Bəs sən bu gözəl dediyin ölkənin yaralarından xəbərdarsan? Xocalı adlı bir yer olduğunu eşitmisən? ... Bəs həmin yerdə Allaha inanan, müsəlman insanların kütləvi halda qətlə yetirildiklərini bilirdinmi? Başından örpəyi sürüşüb düşən anaların qoyunlarında körpələri ilə birlikdə vəhşicəsinə öldürüldüyünü eşitmişdin? Hamilə qadınların qarnından nizələndiyini duymusanmı? Düşmənlə Aslan kimi döyüşən müsəlman igidlərin filmlərdə belə görmədiyin acı sonunu haradasa axtarıb oxuyubsanmı? Mən birini deyim, adı kimi qürurlu Şöhrət Həsənov var idi. O, son imkanlarına kimi düşmən qarşısından çəkilmədi. Düşmən onu ancaq yaralayandan sonra əsir götürə bilmişdi. İşgəncə verərək öldürüblər. Belə işgəncəni yəqin heç eşitməmisən: Əvvəlcə sağ qolunu və sağ qıçını kəsiblər, sonra sağ gözünü çıxarıblar və gözləyiblər ki, əzab içində qan itkisindən ölsün. Onun cəsədini bir ay sonra tapdılar. İndi Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Bizim xiyabanlarımız  yuxarıda adını çəkdiyim bölgələrinizdən daha böyükdür. Acılarımızı yarışdırmıram. Amma o günlərdə bizim də gözümüz yolda idi ki, hansı müsəlman qardaşımız gəlib bizə həmdərd olacaq.

Yenə susdu. Amma birdən gözü dolub boynuma sarıldı. İkimiz də beləcə qəhərləndik. Ətrafda  söhbəti dinləyənlər də maraqla bizə baxırdılar. Dedi ki, görürəm sən bizim dərdimizi, bölgələri ilə belə məndən də yaxşı sadalayırsan, sən də danış bilim, gedim ailəmə də danışım. Mənə ağır da olsa çox hadisələri danışdım. Hiss etdim ki, erməni separatçıların məscidlərimizə donuz bağlanmasına daha çox hirsləndi. İsrar etdi ki, Xocalı soyqırımında yaşadıqlarımı ona danışım, ətrafdakıların bir çoxunun da artıq diqqətini çəkmişik:

“18 yaşım var idi. Amma gənclik mənə Qarabağ boyda yara açaraq gəlirdi. Hər gün, hətta hər saat bu yaralar dərinləşirdi. Atam evə gəlib nəsə demək istəyirdi. Heç onu belə görməmişdim. Şeir yazan atam kəlmələri ard-arda düzə bilmirdi. Bircə onu anladım Xocalıda... Sonra dedi ki, Xocalıda qırğın olub, qız-gəlini əsir aparıblar. Söhbət bizdən 60-65 km uzaqlıqda olan bir yerdən gedirdi. Hamımız donmuşduq. O vaxt Azərbaycana rəhbərlik edənlər də israrla insanlardan bu faciəni gizlətməyə çalışırdı. Evimizdə bətnində 8 aylıq körpəsi, qucağında yaş yarımlıq balası olan gəlin var. Atam heç bizə soruşmadan qadınlar hamısı maşına minsin, oğlanlarım evdə qalır dedi. Bunları düşürdüb gəlirəm. Qarabağlı, zəhmi ilə ətrafa cəsarət verən anam dedi ki, mən oğullarımı qoyub heç hara getmirəm. Sən bunları apar. Bizdən heç rəyimizi soruşmadılar. Bir-iki paltar götürüb gəlinimzlə düşdük yola. Hara gedirik? Heç soruşmuruq da... Atam bizi Göyçayda mərdliyi ilə tanınan bir dostunun evinə apardı. Paşa müəllim və bütün kənd bizi qarşılamağa gəlmişdi. Hamı ağlayırdı...

Bir neçə ay orda qaldıq. Geri dönəndə məni nələrin gözlədiyinin fərqində deyildim. Xocalıdan gələn o həm fiziki, həm mənən yaralı insanları bizim şəhərə məskunlaşdırmışdılar. Hələ qanları qurumamış, sıyrılan, dərmə-deşik olan bədənləri qaysaq tutmamış qətliam şahidlərinə qucaq açdıq. Xocalıları sakit dinləmək olmurdu, yerlilərimizdən bir çoxunun ürəyi gedirdi, həkim çağırırdıq...”

Bundan artıq danışa bilmədim, qəhər aman vermədi. Gənc fələstinli Afnan da ağlayırdı. Dedi ki, ata-anasına etiraz edəcək ki, dünya tarixində müsəlmanlarla bağlı baş verən bu dəhşətli soyqırım barəsində niyə ona heç nə danışmayıblar. O, bunları dinlədikdən sonra yaralarımı xatırlatdığı üçün dönə-dönə üzr istədi.

Afnana bunları danışmağım fevral ayında olması da məncə təsadüf deyildi, özü də səmada. Şəhidlərimizin, əsirlikdə qalan gəlinlərimizin ruhu bizi dilləndirir. Unutmuruq, unudanmırıq...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://lent.az
archiveBu xəbər 26 Fevral 2026 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri