Icma.az
close
up
RU
Azərbaycanda avtomobil bazarında seçimlər dəyişir Çin maşınları liderdir

Azərbaycanda avtomobil bazarında seçimlər dəyişir Çin maşınları liderdir

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avtomobil bazarında median qiymət artsa da, bu, real bahalaşmadan deyil, satışa çıxarılan avtomobillərin tərkibinin dəyişməsindən qaynaqlanır. Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) məlumatına görə, bu ilin oktyabr ayında avtomobillərin median qiyməti 3,7 faiz artaraq 19 500 manata çatıb. Lakin eyni dövrdə sabit struktur indeksi cəmi 0,4 faiz yüksəlib, sentyabr və oktyabr aylarında satışda qalan avtomobillərin orta qiyməti isə 1,5 faiz azalıb. Oktyabrda avtomobil elanlarının sayı 7 faiz azalaraq 37 531-ə düşüb. Təkliflərin 51,2 faizi 20 min manatdan ucuz avtomobillərdir.

Bəs elanlardakı bu mənzərə real alqı-satqıda da özünü göstərirmi? Hazırda azərbaycanlılar hansı avtomobillərə üstünlük verir? Çin istehsalı avtomobillərə marağın artması ənənəvi markaların mövqeyinə necə təsir edir? Yaxın dövrdə bazarda hansı dəyişikliklər gözlənilir?

“Birinci və ikinci yerləri Çin markaları tutur”

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyevin sözlərinə görə, son 10 ayın göstəricilərinə əsasən, bazarda birinci və ikinci yerləri Çin markaları tutur: “Üçüncü yerdə Yaponiya, dördüncü yerdə Koreya markaları, beşinci yerdə isə yerli istehsal avtomobilləri qərarlaşıb. İnsanlar əsasən ucuz və qənaətcil, aşağı və orta gəlirli təbəqənin ala biləcəyi avtomobillərə üstünlük verirlər. Çin markalarından “Changan” və BYD bu baxımdan diqqət çəkir. Daha çox keyfiyyətə, inama və etibarlılığa önəm verən insanlar isə Yaponiyanın “Toyota” markasına üstünlük verirlər. Koreyanın “Hyundai” markası da etibarlılığına görə alıcıların seçimində yer alır”.

“Bu şəxslər yerli istehsala üstünlük verirlər”

E.Əliyev bildirdi ki, yerli istehsalın gücünün artması və ilk beşliyə daxil olması sevindirici haldır. Burada utilizasiya prosesinin də təsiri var: “Avtomobillərini utilizasiyaya verərək yeniləyən şəxslər yerli istehsal avtomobillərinə üstünlük verirlər. Bu avtomobillərin qiymətlərinin əlverişli olması, satış salonlarında kredit imkanlarının və şərtlərinin əlçatanlığı da onlara marağı artırır. Həmçinin yerli yığım avtomobillərinin servis xidmətləri gündən-günə inkişaf edir, ehtiyat hissələri daha əlçatan olur. Bütün bu amillər yerli istehsalın bazardakı mövqeyinin güclənməsinə şərait yaradır”.

İkinci əl maşın bazarı

Elan saytlarında “Mercedes” və “Hyundai” kimi markaların avtomobillərinin satışa çıxarılmasına gəlincə, sədr deyir ki, burada söhbət əsasən köhnə avtomobillərdən gedir: “İnsanlar köhnə avtomobillərini sataraq onları daha yeni, innovativ və qənaətcil nəqliyyat vasitələri ilə əvəzləməyə çalışırlar. Bu səbəbdən elan saytlarında köhnə, mühərrik həcmi böyük olan avtomobillərin kütləvi şəkildə satışa çıxarıldığını görürük. Bu, həmin avtomobillərə marağın azalmasından xəbər verir. Təbii ki, onların da öz həvəskarları var. Lakin hazırkı iqtisadi vəziyyəti nəzərə alsaq, insanlar daha çox qənaətcil, az yanacaq sərf edən, o cümlədən hibrid avtomobillərə üstünlük verirlər. Hətta büdcələrinə qənaət etmək məqsədilə ikinci əl hibrid avtomobillər alanlar da var”.

“Gələn il yerli avtomobillər reytinqdə irəliləyəcək”

Gələcəkdə markaların bazardakı mövqeyinin dəyişməsinə gəlincə, E.Əliyev 2027-ci ildə yerli istehsalın mövqeyinin daha da güclənəcəyini düşünür: “Çünki yerli istehsalın gücü gündən-günə artır, sənaye zonalarında yeni istehsal müəssisələri fəaliyyətə başlayır və bu avtomobillərə inam da yüksəlir”.

“Alqı-satqı o qədər də intensiv deyil”

Avtomobil bazarı üzrə ekspert Sərxan Qədirov bildirdi ki, son dövrlər avtomobil bazarında müəyyən canlanma müşahidə olunsa da, indi bu aktivlik bir qədər zəifləyib: “Hazırda bazarda alqı-satqı əvvəlki dövrlə müqayisədə o qədər də intensiv deyil. Çin avtomobillərinə tələbat var. Hazırda avtomobil bazarı üç-beş il əvvəlki bazardan xeyli fərqlənir. İndi alıcının əlində 20-25 min, hətta 30 min manat büdcə olduqda, yeni avtomobil almaq imkanı var. Üstəlik, bu avtomobillər lizinq yolu ilə, nisbətən aşağı ilkin ödənişlə də təklif olunur. Buna görə də ilkin ödəniş üçün məhdud büdcəsi olan alıcılar Çin avtomobillərinə üstünlük verirlər. Bu avtomobillərin qiymətində artım baş verdikdən sonra insanlar qiymətlərin daha da yüksələ biləcəyini düşünərək onlara daha çox maraq göstərməyə başladılar”.

“İkinci əl qiymətinə yeni avtomobil alırlar”

S.Qədirovun sözlərinə görə, Çin avtomobilləri elə qiymətlərə təklif olunur ki, alıcı həmin məbləğə ikinci əl bazarından 100 min, 200 min, hətta 250-300 min kilometr yürüşü olan avtomobil ala bilər: “Bu zaman alıcı düşünür ki, yüksək yürüşlü, istismar olunmuş avtomobil almaqdansa, eyni məbləğə yeni avtomobil əldə etmək daha məqsədəuyğundur. Lakin heç kim beş ildən sonra, avtomobil 100 min və ya 200 min kilometr yürüşə çatdıqda onu hansı problemlərin gözləyəcəyini dəqiq bilə bilməz. Sürücülər müəyyən texniki çətinliklərlə üzləşə, ehtiyat hissələrinin tapılmasında problemlər yaşaya bilərlər”.

“Bu avtomobillər alıcılar üçün cəlbedicidir”

Ekspertin fikrincə, ikinci əl avtomobil bazarında son dövrlərdə ən çox satılan avtomobillər arasında “Chevrolet” markasının Amerika istehsalı modelləri var. Əsasən qiyməti 20 min manat civarında və ya ondan aşağı olan “Chevrolet Equinox” krossoverlərinə tələbat müşahidə olunur: “Bununla yanaşı, “Ford Fusion” və “Malibu” modelləri də alıcıların marağındadır. Son vaxtlar “Kia K5” və “Hyundai Sonata” modellərinə də üstünlük verənlərin sayı artıb. Xüsusilə 1,6 litrlik mühərrikə malik avtomobillər gömrük rüsumlarının daha aşağı olması səbəbindən alıcılar üçün cəlbedicidir”.

Mənbə: "Kaspi" qəzeti

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 Noyabr 2026 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri