Dünyanın gələcəyi 3 ölkədən asılıdır: ABŞ deyil
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Rusiyalı siyasətçi Vladimir Jirinovski sağlığında dünyanın gələcək taleyini üç dövlətin – Çin, Rusiya və ABŞ-ın müəyyən edəcəyini düşünürdü. Tanınmış siyasətçi və jurnalist Anatoli Vasserman isə bu fikirlə tam razılaşmır.
Modern.az xəbər verir ki, o, müsahibəsində gələcəkdə dünyanın taleyini müəyyən edəcək üç ölkənin adını çəkib.
“Düşünürəm ki, yaxın gələcəkdə dünyanın taleyini həqiqətən də üç dövlət – Rusiya, Çin və Hindistan müəyyən edəcək. ABŞ-ın dünya hegemonluğu dövrü başa çatır. Məhz buna görə Tramp üçtərəfli görüşdə iştirak edərək öz təsirini uzatmağa çalışırdı”, – Vasserman bildirib.
Onun sözlərinə görə, ABŞ-da parlament seçkilərində qalib gələn demokratların yaxın vaxtlarda yaradacağı problemlər Donald Trampın ölkənin böyük dövlət statusunu qorumasına mane ola bilər:
“Jirinovskinin proqnozu, məncə, kifayət qədər əsaslı idi. Lakin onun amerikalıların bu qədər ağılsız davranacağını gözləmədiyini düşünürəm. Demokratlar uzun illərdir ABŞ-ın vəziyyətini pisləşdirə biləcək demək olar ki, hər şeyi dəstəkləyirlər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 22 Noyabr 2026 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















