Fərid Qayıbov “İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyanın 20 illiyi və COP10 a hazırlıq” görüşündə çıxış edib
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fransanın paytaxtı Parisdə “İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyanın 20 illiyi və COP10-a hazırlıq” mövzusunda tərəf ölkələrlə onlayn formatda məlumat görüşü keçirilib.
İdman.biz xəbər verir ki, tədbirdə Azərbaycanın gənclər və idman naziri, UNESCO-nun İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyasına Tərəf Ölkələrin Bürosunun sədr müavini Fərid Qayıbov çıxış edib.
O, çıxışında ölkəmizin bu proseslərdə fəal iştirakını vurğulayıb, şəffaf nəzarət mexanizmlərinin gücləndirilməsi, dayanıqlı maliyyələşmə modelinin yaradılması və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini qeyd edib.
Tədbirdə Konvensiyaya tərəf dövlətlərin nümayəndələri, beynəlxalq təşkilatlar, eləcə də antidopinq sahəsində fəaliyyət göstərən ekspertlər iştirak ediblər. Görüşdə COP10-a hazırlıq prosesi, Konvensiyanın 20 illiyinə həsr olunmuş tədbirlərin planı, həmçinin maliyyələşmə, idarəetmə, monitorinq və mübahisələrin sülh yolu ilə həllinə dair təkliflər müzakirə olunub.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 03 Sentyabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















