Fərid Qayıbov UNESCO nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər Konfransının 10 cu sessiyasına sədr seçilib
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 20 oktyabr, AZƏRTAC
Bu gün Fransanın paytaxtı Paris şəhərində yerləşən UNESCO-nun baş qərargahında İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər Konfransının 10-cu sessiyası (COP10) fəaliyyətə başlayıb.
Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin ilk hissəsində Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov çıxış edib.
Sessiya çərçivəsində COP10 sədrliyinə seçkilər keçirilib. Səsvermə nəticəsində gənclər və idman naziri Fərid Qayıbov səs çoxluğu ilə seneqallı həmkarı Xadı Dien Qaya qalib gələrək UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər Konfransının 10-cu sessiyasının (COP10) sədri seçilib.
Xatırladaq ki, Fərid Qayıbov 2022-ci ildə UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin (CİGEPS) sədri, 2023-cü ildə isə UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər Konfransının 9-cu sessiyasının (COP9) sədr müavini seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 20 Oktyabr 2025 21:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















