Icma.az
close
up
RU
FHN Əməliyyat İstintaq İdarəsinin sabiq rəisinin cəzası ağırlaşdırıldı

FHN Əməliyyat İstintaq İdarəsinin sabiq rəisinin cəzası ağırlaşdırıldı

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Əməliyyat-İstintaq İdarəsinin əməliyyat şöbəsinin sabiq rəisi, kapitan Asim Əliyevin cəzası ağırlaşdırılıb.

Qaynarinfo-nun məlumatına görə, Asim Əliyevin Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (özbaşına özünü vəzifəli şəxs kimi təqdim etmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi videokonfrans vasitəsilə keçirilən açıq məhkəmə iclasında araşdırılıb.

Araşdırmalar göstərib ki, A. Əliyev aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirib, müxtəlif şəxslərə xeyli miqdarda ziyan vurub. Eyni zamanda özü vəzifəli şəxs kimi təqdim edərək səlahiyyətləri mənimsəyib və bununla da fiziki şəxslərin hüquq və qanuni mənafelərinə ciddi zərər vurub.

Məlumata görə, Asim Əliyev 2013-cü ilin noyabrında FHN-də qulluğa qəbul olunub və son vəzifəsi Əməliyyat-İstintaq İdarəsinin əməliyyat şöbəsinin rəisi olub. O, 25 noyabr 2022-ci ildə "Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "e” bəndinə əsasən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılıb.

Ehtiyata buraxıldıqdan sonra da o, özünü şöbənin rəisi kimi təqdim edərək müxtəlif şəxsləri aldadıb. Belə ki, torpaq sahəsinin özəlləşdirilməsini həll edəcəyinə inandıraraq E.R-dan 8 700 manat, A.B-dan 2 500 manat, S.R-dan 3 260 manat alıb. Həmçinin zərərçəkmiş T.Y.-ni tikinti icazəsi və çıxarış sənədi alacağına inandıraraq 4 500 manat, O.İ.-ni FHN-də işə düzəldəcəyini vəd etməklə 3 500 manat aldadaraq ələ keçirib.

Məhkəmənin hökmü ilə Asim Əliyevin cəzası ağırlaşdırılaraq 6 il 8 ay 4 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd edək ki, Asim Əliyev 2023-cü ildə həbs edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Ötən ilin noyabrında isə ona 2 il müddətinə FHN-də vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olmaq hüququnun məhdudlaşdırılması ilə yanaşı, 6 il 6 ay həbs cəzası verilib.

Həmçinin bildirək ki, FHN Əməliyyat-İstintaq İdarəsinin rəisi hazırda polkovnik Turqut Hacı oğlu Salayevdir. O, sabiq deputat və iş adamı Hacı Salayevin oğludur. T. Salayevin əmisi isə Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi, general-mayor Baba Hacı-Baba oğlu Salayevdir.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 02 Dekabr 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri