Rusların beynəlxalq cinayəti: İstintaq başlayıb, əməliyyat axtarış tədbirləri həyata keçirilir
Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Donetsk vilayətində ruslar əsir düşmüş altı ukraynalı hərbçini güllələyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmaya başlayıb.
Publika.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Baş Prokurorluğu yayıb.
İlkin məlumatlara görə, Donetsk vilayətində Ukrayna hərbçilərinin mövqelərinə hücum zamanı işğalçılar Ukrayna Müdafiə Qüvvələrinin 6 hərbçisini əsir götürüb və sonra onları güllələyiblər.
Qeyd edək ki, hərbi əsirlərin edam edilməsi Cenevrə Konvensiyasının müvafiq müddəalarına görə ciddi pozuntudur və ağır beynəlxalq cinayət kimi təsnif edilir.
Hazırda cinayətin bütün hallarının və onu törətməkdə iştirak edən şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları insanların ölümü ilə nəticələnən hərbi cinayətin törədilməsi ilə bağlı ibtidai istintaqa başlayıblar.
Adəm Abbaslı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 23 Yanvar 2025 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















