Icma.az
close
up
RU
FHN: İlin əvvəlindən bəri axtarış və qəzaxilasetmə əməliyyatları zamanı 1095 zərərçəkmiş xilas edilib AZƏRTAC

FHN: İlin əvvəlindən bəri axtarış və qəzaxilasetmə əməliyyatları zamanı 1095 zərərçəkmiş xilas edilib AZƏRTAC

Bakı, 16 dekabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilasetmə qrupları ilin əvvəlindən bəri 976 müxtəlif xarakterli axtarış və qəza-xilasetmə əməliyyatları zamanı 1095 zərərçəkmişi xilas edib. Həmçinin 101 nəfərin cəsədi deformasiyaya uğramış nəqliyyat vasitələrindən, bağlı qapı arxasından və dağıntılar altından çıxarılıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri fövqəladə hallar naziri Kəmaləddin Heydərov nazirliyin yaradılmasının 19-cu ildönümü münasibətilə bu gün keçirilən iclasında çıxışı zamanı söyləyib.

K.Heydərov qeyd edib ki, eyni zamanda, yanğınsöndürən-xilasedicilər tərəfindən 140 nəqliyyat və digər qəzalar zamanı 294 nəfər deformasiyaya uğramış nəqliyyat vasitələrindən çıxarılaraq ərazi üzrə tibb məntəqələrinə çatdırılıb, həlak olmuş 54 nəfərin cəsədi avtomobillərdən çıxarılıb.

seeBaxış sayı:60
embedMənbə:https://azertag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri