FHN in Cənub Regional Mərkəzi Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində təlim keçirib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 29 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi tərəfindən Dövlət Sərhəd Xidmətinin Lənkəran şəhərində yerləşən “N” saylı hərbi hissəsində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda təlim təşkil olunub.
Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən AZƏRTAC-a verilən məlumata görə, yerli strukturlarının müvafiq qüvvələri və hərbi hissənin şəxsi heyətinin iştirak etdiyi təlim nəzəri və praktiki olmaqla, iki hissədən ibarət olub.
Əvvəlcə nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr, o cümlədən yanğınlar zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, eləcə də yanğın təhlükəsizliyinin əsas tələbləri barədə hərbi hissənin şəxsi heyətinə geniş məlumat verilib.
Təlimin praktiki hissəsində şərti nəqliyyat qəzası zamanı deformasiyaya uğramış avtomobildən “zərərçəkmişlər” xüsusi xilasetmə alət və avadanlıqlarından istifadə olunmaqla xilas edilərək onlara “təxirəsalınmaz ilkin yardım” göstərilib, eyni zamanda, qəza zamanı yaranan “yanğın” qısa zamanda söndürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 29 Avqust 2025 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















