Icma.az
close
up
RU
Filarmoniyada “Bir Millət, İki Dövlət” adlı möhtəşəm konsert proqramı baş tutub. FOTO

Filarmoniyada “Bir Millət, İki Dövlət” adlı möhtəşəm konsert proqramı baş tutub. FOTO

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Bir Millət, İki Dövlət" adlı möhtəşəm konsert proqramı baş tutub. Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq və mədəni birlik münasibətlərinə həsr olunmuş tədbir hər iki ölkənin ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilib.

Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin Dövlət Himnləri səsləndirilib.

Konsert proqramından əvvəl tədbirdə Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Birol Akgün, Xaricdə yaşayan Türklər və Qohum Topluluqları İdarəsinin sədri Abdulhadi Turus, Ankara Elazığ Mədəniyyət və Tanıtma Fondunun sədri, professor Kadirhan Süngüroğlu çıxış edərək iki ölkə arasındakı mədəni əməkdaşlığın önəmini vurğulayıblar.

Konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dünyaşöhrətli dirijor Bujor Hoinic və Azərbaycan dirijoru Mustafa Mehmandarovun rəhbərliyi ilə) və solistlər Zeynep Halvaşi (mezzo-soprano), Feryal Türkoğlu (soprano), Aydın Uştuk (tenor), Mehmet Yılmaz (bas-bariton) və Turgay Coşkun (qanun) çıxış ediblər. 

Proqramda Bujor Hoinic "Harput" simfonik poeması (10  hissədə), Niyazi  "Türk marşı", Azərbaycan xalq mahnısı "Sarı gəlin", Ü.Hacıbəyli "Çırpınırdın Qara dəniz", Niyazi "Qaytağı" səslənib.
Konsertin sonunda Elazığ Mədəniyyət və Tanıtma Fondu tərəfindən hər iki dirijora xüsusi hədiyyələr təqdim edilib.

Azərbaycan və Türkiyə mədəniyyət xadimlərinin birlikdə təşkil etdiyi bu möhtəşəm konsert proqramı dostluq və qardaşlığımızın rəmzi olaraq dinləyicilərə unudulmaz musiqi gecəsi bəxş etdi.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 29 Noyabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri