Icma.az
close
up
RU
Filmdən sonra Təhminə adına o qədər öyrəşdim ki... Türkiyəli aktrisa Meral Konratla özəl müsahibə

Filmdən sonra Təhminə adına o qədər öyrəşdim ki... Türkiyəli aktrisa Meral Konratla özəl müsahibə

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Təhminə” filmi Azərbaycanda çoxlarının maraqla izlədiyi film olub. Bu gün də sevgidən söz düşəndə “Təhminə” filmini nümunə kimi göstərilir. Bəli, çəkildiyi illərdə Azərbaycan cəmiyyətinə "yad" bir ssenari olsa da, film bütün ölkəyə səs salmış və sevə-sevə izlənmişdi. Türkiyəli aktrisa Meral Konrat "Təhminə" obrazını elə canlandırmışdı ki, filmi seyr etməmək mümkünsüz idi. Filmin musiqiləri möhtəşəm idi. Şopendən “küçələrə su səpmişəm” mahnısına qədər yerini tam şəkildə almış musiqilər filmi daha da baxımlı edib. Fəxrəddin Manafovun canlandırdığı "Zaur" obrazı o qədər dərinliklərinə qədər və peşəkarcasına işlənmişdi ki, hamı “Beşmərtəbəli evin altıncı” mərtəbəsini axtarırırdı. Bəlkə də, elə indi haradasa qəlbində o obrazların real varlığı ilə sevgi yaşayan, ayrılan və ya qovuşan kimlərsə var...

Bu gün Azərbaycan izləyicisinin "Təhminə" kimi tanıdığı Meral Konrat Bizimyol.info xəbər portalının xüsusi müsahibidir.

- Öncə dəyərli Meral xanıma müsahibə dəvətimizi qəbul etdiyi üçün təşəkkür edirik. Meral Konrat həm Türkiyədə, həm də Azərbaycanda tanınmış sənətkardır. Sizi Meral xanım, yoxsa “Təhminə” olaraq salamlamağımızı istərdiniz? Ölkəmizin kino tarixində özünəməxsus yeri olan filmin baş qəhrəmanı kimi tanınmaq və qarşılanmaq necə hissdir? Bu mövzuda fikirləriniz bizim üçün maraqlıdır.

- Mən “Təhminə” filmində çəkildikdən sonra Təhminə adına o qədər alışdım ki... Təhminə filminin çəkilişləri zamanı Azərbaycanı tanıdım, sizlərlə tanış oldum, sizləri çox sevdim. Təhminəni və Təhminə filmini çox sevdim. Bu səbəbdən də, mən Təhminə adına o qədər öyrəşdim ki... İki adı da çox sevirəm. Təhminəni də, Meral Konratı da... Siz mənə necə xitab etmək istəyirsinizsə, o şəkildə də xitab edə bilərsiniz.

- Tanınmış rejissor Rasim Ocaqovun “Təhminə” filmi ilə Azərbaycan kinosuna gətirdiyi bir sənətkar kimi onu necə xatırlayırsınız? Aldığınız film təklifi və rejissorla əməkdaşlıq prosesi haqda fikirlərinizi öyrənmək istərdik.

- Rasim Ocaqov təkcə Azərbaycanın və Rusiyanın deyil, məncə dünyanın ən yaxşı rejissorları sırasındadır. Onunla çalışdığım üçün o qədər xoşbəxtəm ki... Yaxşı ki, onunla tanış olmuşam. Allah rəhmət eləsin.

Rasim Ocaqovla çalışmaq məncə mükəmməl bir duyğu idi. Çox gözəl bir iş gördük. Filmin çəkilişləri bir il davam etdi. Amma buna dəydi. "Təhminə" filmi üçün bir il çalışmağa dəydi.

- "Təhminə" filminin çəkilişləri zamanı maraqlı, acı-şirinli hadisələr yaşadınızmı? Hansı təcrübə qazandınız? 

- "Təhminə" filminin çəkilişləri zamanı acılı-şirinli hadisələr yaşadıq. Acı anlarımız da oldu. Film çəkilişləri zamanı Rasim Ocaqovun infarkt keçirməsi, bundan sonra Fəxrəddin Manafovun avtomobil qəzası keçirməsi, daha sonra mənim Azərbaycanda çox böyük bir əməliyyat keçirməyim həqiqətən acı hadisələr idi. Amma Allaha şükür hamımız hər şeyin öhdəsindən gələ bildik. Filmimiz çəkilişə davam etdi və ortaya möhtəşəm bir film çıxdı.

Filmin çəkilişi zamanı şirin xatirələrə gəldikdə, filmin çəkilişləri bütünlüklə şirin idi. Filmin çəkiliş komandası möhtəşəm idi. İşlədiyim şəxslər Rasim Ocaqov, ssenari müəllifi Anar bəy, musiqiləri hazırlayan və digər rejissorlarımız, qısaca A-dan Z-yə möhtəşəm idi, hər şey çox şirin idi. Anar bəyə çox təşəkkür edirəm ki, belə bir əsər yazıb. Yazıçıya bu müsahibə vasitəsilə salamlarımı çatdırıram.

Çəkiliş müddətində hər şey uyğunluq içərisində idi. Sənət rejissorundan tərcüməçisinə qədər, filmdə əməyi keçən hər kəsə təşəkkür edirəm. Möhtəşəm bir iş idi. O xoş xatirələri anlada bilmək üçün deyəcəyim sözlər az olar. Çox gözəl bir iş idi və çox xoşbəxtəm. Yaxşı ki, Rasim Ocaqovu tanımışam və yaxşı ki, belə gözəl bir komanda ilə işləmişəm.

- Öyrəndik ki, Marmara Universiteti Güzel Sanatlar fakültəsində memarlıq sahəsi üzrə təhsil almısınız. Təhsil aldığınız sahədə işləmək imkanınız olubmu? Təhsil sahənizdən fərqli sektorda işləmək sizi necə inkişaf etdirdi və ya necə dəyişdi?

- Bəli, təhsil aldım, çox insana yardım etdim. Amma buradan pul qazandımmı? Xeyr! Dost işi olaraq gördülər və pul qazana bilmədim. Televiziya proqramları hazırladım, televiziya proqramlarımda dekorları özüm hazırladım, yəni mən çəkdim və eyni zamanda interyer dizaynla bağlı çox insan yardım istədi, mən də etdim. Təhsil aldığım sahə memarlıq olsa da, pul qazandığım sahə aktyorluq idi. Mən universitetdə oxuduğum illərdə reklamlara çəkilməyə başlamışdım. Və aktyorluq sənətini çox sevdim. İlk filmim Tarık Akanla oynadığım “Üçüncü göz” filmində ilk "qadın aktrisa" mükafatını aldığım zaman bu mükafat məni inanılmaz bir film sevgisi ilə bürüdü. Aktyorluqdan əsla vaz keçə bilmədim.

- Sizin model, aparıcı, klip rejissoru, prodüser və ssenari müəllifi kimi də təcrübəniz var. Bəs siz bu sahələrdən hansını əsas peşəniz kimi görürsünüz? Bu peşələrdən hansına daha çox diqqət yetirirdiniz?

- Bəli aktyorluqdan əlavə klip rejissoru, mankenlik, senari yazdım, prodüsserlik etdim, aparcılıq etdim. Aparıcılıqla indi də məşğulam. Çünki çox sevirəm aparıcılıq etməyi. Teatrla da məşğul oldum. Amma bunların arasında ən çox aktyorluğu sevirəm. Mən aktyorluq üçün mankenliyi, digər sahələrdə olan digər işlərimi buraxdım. Aktyorluq mənim üçün həqiqətən bir eşq idi və eşqlə davam edir. Aktyorluq mənim yaşam fəlsəfəm, mənim həyatım, mənim özümdür. Bu, həqiqətən belədir.

- “Kaş aktyorluq yox, bu peşəni davam etdirəydim...” dediyiniz an olubmu? İnanırıq ki, indi sizin sevdiyiniz işiniz və fəxr etdiyiniz karyeranız var. Bəs Meral Konrat aktrisa olmasaydı, özünü hansı karyera sahəsində görərdi?

- Bəli, Meral Konrat olaraq, aktyorluğu seçdim. Bir çox mükafatlara layiq görüldüm. Karyeramın ən üst həddinə gəlib çatdım. Sizin üçün oynadığım film, çox gözəl film idi. Onunla da bir çox mükafatlar aldım. Burada Türkiyədə oynadığım filmlərlə də inanılmaz, gözəl işlər gördüm. Əgər aktyor olmasaydım... Mən onsuz da universitet oxumuşam, daxili memarlıq oxumuşam. Aktyorluq mənə bir sürpriz olaraq gəldi. Bir reklam filmi ilə həyatım dəyişdi. Amma onu da deyim ki, mən yenidən dünyaya gəlsəydim, yenə də aktyorluğu seçərdim. Belə düşünürəm ki, ilk yola çıxmaqla sonrakı fərq edir. Mən aktyor olaraq doğulmuşam. Amma mən bunun universitetdə fərqinə vardım. Aktyorluğu çox sevirəm.

- Türkiyədə Tarık Akan, Tuncer Sevi, Süheyl Eğriboz, Nedim Doğan, İhsan Yüce, Fikret Hakan, Erol Günaydın, Yavuz Karakaş, Kazım Kartal, Hakkı Kıvanç, Sırrı Elitaş və daha bir çox usta sənətçilərlə fərqli layihələrdə eyni komandada yer almısınız. Böyük aktyorlarla işləmək necə bir hissdir və bunun peşə inkişafınıza necə təsir etdiyi barədə şərhlərinizi eşitmək istərdik.

- Mən Türkiyədə həqiqətən çox böyük aktyorlarla çalışmışam. Uşaqlıq dövrümdə filmlərini izlədiyim Tarık Akan, Fikret Hakan və digər aktyorlarla çox böyük işlər görmüşük. İlk filmimi Tarık Akanla baş rol oynamaq mənə çox böyük qürur verdi. O filmdən mükafat almaq çox böyük müvəffəqiyyət idi. Daha sonra karyera pillələrində Fikrət Hakanla “Gülbəyaz” filmi oldu. Film Kann film festivalına getdi. Orada da mükafatlar aldıq. Çox böyük aktyorlarla oynamaq gözəl bir duyğudur. Uşaqlığımızın keçdiyi aktyorlarla oynamaq mənim üçün çox həyəcanverici idi. Bəzilərini itirdik, Allahdan rəhmət diləyirəm itirdiyimiz sənətkarlara. Cüneyt Arkınla TRT üçün “Doktorlar” adlı serial çəkmişdik. O da çox gözəl bir iş idi. Hamısına Allahdan rəhmət diləyirəm. Hamısı nur içində yatsın. Mən çox xoşbəxtəm ki, onlarla eyni kadrlarda oynamaq mənə nəsib olub. Uca Allahıma şükürlər olsun, gözəl duyğular idi.

- Peşənizlə əlaqədar olaraq bir çox seriallarda, filmlərdə, teatr layihələrində iştirak edirsiniz. Maraqla izlədiyiniz layihələr varmı? “Bu seriala baxmadan yatmaram” və ya “Bu tamaşaya iki dəfə baxmağa getdim, doya bilmədim” dediyiniz tərzdə...

- Peşəmlə əlaqədar olaraq, bir çox serial, film, teatr, hətta televiziya aparıcılığını heç bir zaman buraxmadım. Bir çox layihədə yer almışam. Hələ də yaxşı layihələrdə yer almağa çalışıram. Təbii ki, bizim də seyr etdiyimiz seriallar, filmlər olur. Biz də insanıq və film seyr etməyi sevirik. Təkcə özümüzün deyil, fərqli insanların da rol aldığı filmləri çox keyiflə izləyirəm.

Son zamanlar inanılmaz gözəl filmlər, seriallar çəkilir. Azərbaycanda da gözəl filmlər çəkilir və bunlaırn çoxunu izləməyə çalışıram. Heç bir zaman “bu serialı, bu filmi izləmədən yata bilmərəm” dediyim bir an olmayıb. Və ya “bir filmi 2-3 dəfə izləməliyəm” deyə bir düşüncəm olmayıb. Amma çəkilən bütün serialların ən azından ilk bölümlərinə baxıram. Kim oynayıb, hansı rejissor çəkib, mövzusu nədir...

Öz işim olduğu üçün hamısına baxıb, bir şəkildə dəyərləndirməyə çalışıram. Dediyim kimi hamısı çox yaxşıdır. Uğursuz işlər də olur. O da ssenarinin düzgün hazırlanmamasından qaynaqlanır. Bunu izləyici dərhal başa düşür. Nəticədə həmin serialın yayımı dayandırılır. Mən seriallara baxanda təxmin edə bilirəm ki, hansı serial davamlı olacaq, hansı serial yayımdan çıxarılacaq. Bunu təxmin edə bilirəm.

- Bu arada sizə ümumi bir sual vermək istərdik. 5 türk və 5 xarici filmi (Avropa, Amerika, Asiya) izləyicilərimizə tövsiyə etməyinizi xahiş edirik. Təklifləriniz arasında favoritləriniz varsa, onları xüsusi qeyd edə bilərsiniz.

- Vallah bəyəndiyim çox gözəl filmlər var, amma adını çəkib insanları yönləndirmək istəmirəm. Amma siz “Elçilik” filmini izləyin. Azərbaycan üçün “Elçilik” adlı bir komediya filmi də çəkdik. İlk komediya filmim idi. Əgər səhv etmirsəmsə, komediya janrında bir serialda da oynamışdım. Amma film olaraq ilk komediya filmim idi. Bu səbəbdən də çox gözəl və fərqli bir iş oldu. Komanda möhtəşəm idi. Rejissorumuz İlham Yaşaroğlu da çox bacarıqlı idi. Bu səbəbdən də "mənim filmlərimi izləyin" deyə bilərəm. Əlbəttə ki, bu da bir zarafatdır. Mən film adı vermək istəmirəm. Çox sevdiyim filmlər var. Mən onların adını çəksəm, çox sevdiyim dostlarım var, onları incitməkdən çəkinirəm. “Görəsən niyə bizim filmin adını çəkmədi” deyə bilərlər. Buna görə də bu sualı belə keçək.

- Türkiyədə çəkilən film və ya seriallarla bağlı sizə bir sualımız var: “Kaş bu serialda oynasaydım” dediyiniz və ya “Kaş bu obrazı mən oynasaydım” deyə düşündüyünüz olubmu?

- Bu gün çox gözəl filmlər çəkilir. O qədər gözəl layihələr var ki. Ssenarisi mükəmməl, hər şeyi mükəmməl. Qısqanaraq baxıram ki, “kaşki mən də bu layihənin içində olsaydıl, ola bilsəydim”. Amma “bu aktyorun yerində mən oynasaydım” düşüncəsi ilə deyil, “bu layihənin içində mən də olmalı idim” deyə baxdığım bir çox serial və film var. Ümid edirəm ki, mənim üçün yeni serial layihəsi təklifi olar. Olsa, möhtəşəm olar.

- Heç istəksiz və ya təzyiq altında bir layihə təklifini qəbul etmisinizmi? Əgər belədirsə, hansı layihələrdən və daha çox hansı səbəblərdən imtina etdiyinizi bilmək istərdik.

- Bəli, bir çox layihə olub. Çünki ya çalışma zamanı başqa bir layihə gəlib, ya da başqa bir layihə ilə anlaşdığım zaman digər layihələr gəlib. Bu səbəbdən də qəbul edə bilmədiyim o qədər gözəl layihələr olub, çox məyus olaraq, rədd etmək məcburiyyətində qalmışam. Çünki dediyim kimi həmin vaxt başqa bir işlə anlaşdığım üçün belə olub. Kaş, o işlərdə də çalışa bilsəydim, amma mümkün deyil. Eyni zamanda çəkilirdi. Birini qəbul etmək məcburiyyətindəsiniz. Bu səbəbdən istəmədən imtina cavabı vermək məcburiyətində qaldığım zamanlar da olub.

- Heç düşünmüsünüzmü ki, “Aktyorluq bu qədər bəsdir, rejissor kürsüsündə oturmaq istəyirəm” və ya gələcəkdə aktyorluqdan başqa müxtəlif iş sahələrini hədəfləyirsiniz?

- Bir aktyor heç bir zaman aktyorluğu buraxmağı düşünməz. Aktyorluq etdiyiniz dönəm rejissor da ola bilərsiniz. Bir film çəkmək istəyirəm, rejissor olaraq. Amma bu da o demək deyil ki, mən rejissorluğa başlayıram. Mən aktyorluğu əsla buraxmaram. Əsla belə bir qərar vermərəm. Çünki mən aktyorluğu çox sevirəm. Amma bir layihə üzərində rejissor kimi işləmək istəyərəm.

- Krım tatar əsilli ailədənsiniz. Heç rol aldığın layihələrdə (film, serial, teatr və s.) Krım tatarı obrazını canlandırmısınızmı?

- Bəli, qürurla deyə bilərəm ki, Krımlıyam, Krım tatarıyam. Təəssüf ki, bununla bağlı heç bir layihə gəlməyib. Gələrsə, sevə-sevə oynayaram. Səbrsizliklə gözləyirəm, belə bir layihənin olmasını...

- Kiprdə türk-yunan problemlərindən bəhs edən filmlərdə rol almısınız. Şimali Kipr Türk Cümhuriyyətinin mərhum prezidenti Rauf Denktaş tərəfindən “Sülh səfiri” elan olunmağınız barədə də məlumat aldıq. İnanırıq ki, sizin Kiprlə xüsusi mənəvi əlaqəniz var. Bu mövzuda fikirləriniz bizim üçün dəyərlidir.

- Bəli, gözəl suallardan birinə daha gəldik. Mən Kiprdə çox gözəl bir filmə çəkildim. Rauf Denktaşın ssenari müəllifi olduğu “İşal altında” adlı film real həyatda yaşanmış bir hekayə idi. Hekatə rumlar tərəfindən işğal edilmiş bir türk kəndindəki Zeynəb müəllimənin, yəni mənim oynadığım obrazın həyatından bəhs edirdi.

Ssenarini yazan Rauf Denktaş filmlə çox maraqlanırdı. Mütəmadi olaraq filmin çəkiliş meydançasına gəlirdi. Allah rəhmət eləsin. Çox dəyərli bir insan idi, Rauf Denktaş. Çox sevərək yad edirəm. Onun yazdığı bir layihədə oynamaq mənim üçün çox dəyərli və qürurverici idi. Həmin film də xaricdə bir çox mükafatlar aldı. TRT üçün çəkdiyimiz çox xüsusi film idi, bu film. Çox da gözəl idi. Rauf Denktaş məni “Sülh səfiri” olaraq elan etdi. Mən Rauf Denktaşı çox sevdim.

“İşğal altında” filmində də gözəl komanda var idi. Çox dəyərli rejissorumuz Ünal Küpeli çəkmişdi filmi. Kiprdə uzun müddət bu filmin çəkilişləri oldu. Necə anladım bilmirəm, amma hər şey həyatımıza bir dəyər qatır. Real yaşanmış hekayələri canlandırmaq və insanların çəkdiyi acıları anlamaq və bunu filmdə əks etdirmək gözəl bir duyğudur.

- Hazırda Azərbaycan ədəbiyyatı, tarixi, teatr, kino və serial sənayesi ilə maraqlanırsınız? Bu istiqamətdə hər hansı araşdırma aparmaq imkanınız olubmu? Əgər belədirsə, hansı bilik və təcrübə qazanmısınız?

- Azərbaycan sənətə çox dəyər verir. Mən bunu Azərbaycana ilk gəldiyim zaman görmüşdüm. Həqiqətən sənətə, teatra inanılmaz dəyər verən bir millətdir. Və bu vəziyyət çox xoşum gəlmişdi. Hətta gəldiyim zaman dedim ki, “Azərbaycan inanılmaz şəkildə sənətə dəyər verir, inanılmaz şəkildə sənətlə maraqlanır”. Təbii ki, gəldiyim zaman Azərbaycanda teatr izləməyə çalışıram, teatra getməyə çalışıram. Azərbaycanda "kukla" teatrı sənəti var. Onları da izləyirəm, çox xoşlayıram. Yəni mümkün qədər maraqlanmağa çalışıram. Mən sizləri çox sevirəm. Gördüyünüz bütün işlər gözəldir.

- Uzun illərdən sonra Azərbaycanda komediya filmi layihəsində iştirak etmisiniz. Beləliklə, sizə yenidən təklif gəlsə, hansı layihədə iştirak etmək istərdiniz? Və xüsusi üstünlüyü necə bir layihəyə verərdiniz? Məsələn; romantik-dram serialındakı sərt personaj, yoxsa tarixi filmdə sevilən ailə üzvü? Nümunələr teatr və kinoya da aiddir. Bu baxımdan hansı janrı və obrazı canlandırmaq istərdiniz?

- Bəli, bir müddət əvvəl də qeyd etdiyim ki, Azərbaycanda romantik bir komediyada oynadım. İlk dəfə bir komediya filmində yer aldım. Amma yeni bir layihə gələrsə, istiqamətimi bilirəm. Mən dram aktyoruyam, yəni sevgi filmləri aktyoruyam. Bu səbəbdən yeni layihə gələrsə, dram olmasını istərdim. Çünki mən dramı çox sveirəm, dramda oynamağı çox sevirəm. Hər tərzdə film gələ bilər. Hamısını çox sevirəm. Aktyor olduğum üçün dedim ki, bir haqsızlıq etməyim. Yəni hərəkətli film də ola bilər. Amma dram tərkibi olan hərəkətli bir layihədə yer alsam, çox gözəl olar deyə düşünərəm.

- Xüsusi söz və fikirlərinizi Azərbaycan tamaşaçısı ilə bölüşə bilərsiniz.

- Bəli, Azərbaycanı çox sevirəm, sizləri çox sevirəm. Ora da mənim vətənimdir. Türkiyə vətənimdir, amma Azərbaycan da mənim vətənimdir. Əsla fərqləndirmirəm. Sizlər mənim qardaşımsınız, anamsınız, atamsınız, bacımsınız. Bu səbəbdən də hamınzı çox, çox sevirəm. Tezliklə görüşərik. Özünüzə yaxşı baxın.

Qeyd: Türkiyəli aktrisa Meral Konrat ilə özəl müsahibənin hazırlanmasında xüsusi diqqət və dəstəyə görə tanınmış menecer, təşkilatçı Elşad Haqverdiyə təşəkkür edirik və fəaliyyətində uğurlar arzu edirik.

Meral Konrat və Elşad Haqverdi

Orxan Musabəyli, İradə Cəlilova - Bizimyol.info üçün özəl

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 05 İyun 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toğrul Allahverdiyev hekayəsi Sadıqlının “video əməliyyatı” başqa mətləbləri üzə çıxardı

10 İyun 2025 12:42see178

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see138

Ərdoğanın səhhəti pisləşdi? RƏSMİ AÇIQLAMA

09 İyun 2025 21:11see129

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see127

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see125

Bütün günahları bayquşda görənlər...

10 İyun 2025 10:02see122

Qyokereşdən 35 milyon maaşa imtina

10 İyun 2025 00:37see122

Çində ana xətti ilə qurulmuş cəmiyyət aşkarlandı 250 il davam edib

09 İyun 2025 23:15see120

Artıq bu hərəkət cinayət sayılacaq İranda ŞOK qadağa

09 İyun 2025 21:51see119

Ekspertlər təhsil sistemindəki boşluqları tənqid etdilər: O kadrlara baxanda utandım

09 İyun 2025 18:14see118

Salyanda ot sahəsi və maşın yanıb

09 İyun 2025 19:13see117

Rusiya aprel ayında Türkiyədən balıq idxalını artırıb...

09 İyun 2025 21:46see117

Skandinaviya erməni diasporu Nikol Paşinyana qarşı

09 İyun 2025 21:00see117

Küçədə it gəzdirmək qadağan edilir cinayət sayılacaq

09 İyun 2025 22:30see116

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəzi qanunlarda əsaslı dəyişiklər edib. KONKRET

10 İyun 2025 20:21see116

Putinin köməkçisi: Moskva nəhəng Qarabağ ın yaranmasını istəmir

09 İyun 2025 22:01see115

Trabzonspor dan BƏƏ yə yollandı

11 İyun 2025 00:27see115

Adolf Hitler və məşuqəsi Eva Braunun qəribə münasibətlərinin hekayəsi

09 İyun 2025 20:17see114

Rəsmi Bakıdan Medinskiyə Cavab

09 İyun 2025 23:29see113

Belçika Uels görüşündə 7 qol, İtaliyadan inamlı aələbə YENİLƏNİB

10 İyun 2025 00:47see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri