Bəhreyn əhalini mümkün təhlükə ilə bağlı yenidən xəbərdar edib
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bəhreynin Daxili İşlər Nazirliyi İranın hücumları fonunda ölkə əhalisinə mümkün təhlükə ilə bağlı yenidən xəbərdarlıq edib.
APA “Reuters”ə istinadən xəbər verir ki, nazirlik vətəndaşları və ölkədə yaşayan əcnəbiləri ən yaxın təhlükəsiz yerə keçməyə çağırıb.
Bildirilib ki, nazirlik əvvəlcə təhlükə ilə bağlı xəbərdarlıq yayıb, daha sonra təhlükənin aradan qalxdığını elan edib. Bunun ardınca əhaliyə ikinci xəbərdarlıq göndərilib.
Bəhreynin Müdafiə Qüvvələri İran tərəfindən həyata keçirilən bir neçə hava hücumunun qarşısının alındığını açıqlayıb.
Məlumata görə, hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti nəticəsində yerə düşən qəlpələr maddi ziyana səbəb olub. Ölən və yaralananların olmadığı bildirilib.
Bundan əvvəl İranın hücumu nəticəsində Bəhreyndə mülki sənaye obyektində yanğın baş verdiyi açıqlanıb.
Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndəki ABŞ hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə hücum etdiyini bəyan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 22 Noyabr 2026 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















