İndoneziyada daha bir zəlzələ olub
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İndoneziyanın Sentani şəhəri yaxınlığında 4,8 maqnitudalı zəlzələ qeydə alınıb.
APA xəbər verir ki, bu barədə İndoneziyanın Meteorologiya, İqlimşünaslıq və Geofizika Agentliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri Sentani şəhərindən 35 kilometr şimal-qərbdə, ocağı isə 6 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.
Qeyd edək ki, İndoneziya tektonik plitələrin qovuşduğu Sakit okean Odlu halqası üzərində yerləşdiyindən ölkədə seysmik aktivlik yüksəkdir.
Xatırladaq ki, oktyabrın 18-də də İndoneziyada 5,3 maqnitudalı zəlzələ qeydə alınıb. Həmin vaxt yeraltı təkanlar Labuan Bajo bölgəsindən 60 kilometr məsafədə, 10 kilometr dərinlikdə baş verib. Dağıntı və tələfat barədə məlumat verilməyib.
Baxış sayı:40
Bu xəbər 22 Noyabr 2026 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















