“Flamenqo” Juninyo üçün dövrəyə girdi 5 milyon avro + daha artıq maaş!
Icma.az, Footbal-plus saytına istinadən bildirir.
“Qarabağ”ın braziliyalı hücumçusu Juninyo ətrafında həyəcan artmaqdadı. İş ondadı ki, demək olar, hər şeyin razılaşdırıldığı məqamda Braziliyanın məşhur klublarından “Flamenqo” da dövrəyə girib. “Football-plus.az” xəbər verir ki, bu klub həm “Qarabağ”ın transferə görə tələb etdiyi 5 milyon avronu verməyə hazırdı, həm də futbolçuya “Sevilya” ilə müqayisədə hədsiz yüksək əməkhaqqı təklif edir. “Flamenqo”nun dövrəyə girməsinə isə əsas ulduzu Qabiqolun “Kruzeyro”ya keçidi səbəb olub.
Bəs “Sevilya” bu durumda nə edəcək? Axı İspaniya klubu uzun müddətdi Juninyo ilə müqavilənin şərtlərini razılaşdırıb, indi yalnız braziliyalının “Qarabağ”dan halallıq almasını (oxu: transfer məbləğinin aşağı salınmasını) gözləyir. Elə bu gün Juninyo ilə “Qarabağ” arasında danışıqlarda son nöqtənin qoyulması mümkündü.
ORXAN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 04 Yanvar 2025 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















