Icma.az
close
up
RU
Flaminqolar Mahmudçalaya bu il vaxtından əvvəl gəlib... FOTOREPORTAJ VİDEO

Flaminqolar Mahmudçalaya bu il vaxtından əvvəl gəlib... FOTOREPORTAJ VİDEO

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Biləsuvar, 2 dekabr, İlkin Adıyev, AZƏRTAC

Qlobal iqlim dəyişiklikləri, havaların mövsümə uyğun keçməməsi çöl quşlarının miqrasiyasına ciddi təsir göstərib. Biləsuvar rayonundakı Mahmudçala ovçuluq təsərrüfatında bunu müşahidə etmək mümkündür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən il təsərrüfat ərazisində görünməyən flaminqolar bu il böyük sürülər şəklində Mahmudçalaya köç ediblər. Əvvəlki illərdə daha çox rast gəlinən digər köçəri quşların sayında isə azalma var.

Adətən bu ərazilərdə çoxluq təşkil edən ördək, qaşqaldaq və digər çöl quşlarının sayı bu il kəskin azalıb. Mütəxəssislər bildirirlər ki, qış fəslinə az müddət qalmasına baxmayaraq havaların hələ də mülayim keçməsi bəzi quş növlərinin miqrasiyasını gecikdirir. Mövcud hava şəraiti isə flaminqolar üçün burada ideal qışlama mühiti yaradıb.

Ekoloq Nazim Məmmədov deyir ki, flaminqoların bu il adi vaxtdan daha tez köç etməsini yalnız havaların mülayim keçməsi ilə əlaqələndirmək düzgün olmazdı. “Bu quşlar fərd olaraq yox, populyasiya halında yaşayırlar və qərarları da birlikdə verirlər. Adətən bir dəstə hərəkətə keçəndə digər dəstələr də onlara qoşulur. Son illər iqlim dəyişiklikləri, su hövzələrinin vəziyyəti və qida ehtiyatları kimi amillər də onların köç vaxtına və istiqamətinə ciddi təsir göstərir”.

Flaminqoların ilk dəfə bu qədər böyük dəstələr halında Mahmudçalaya köç etməsi hər kəsin marağına səbəb olub. Rayon sakini Surxay Şahbazov bildirir ki, təsərrüfatın magistral yolun yaxınlığında yerləşməsi səbəbindən yoldan keçənlər də bu nadir mənzərəni çox yaxından izləyə bilirlər. Digər sakin Loğman Teymurovun fikrincə isə, sanki quşlar öz qədim köç marşrutlarını yenidən bərpa ediblər. Onun sözlərinə görə, ərazidə qida ehtiyatının bol olması və su-bataqlıq landşaftının əlverişliliyi bu nadir köçəri quşların tarixən böyük sürülər halında burada mövsümi şəkildə məskunlaşmasına şərait yaradıb.

Mahmudçala ovçuluq təsərrüfatı çöl quşlarının əsas yaşayış və toplanma ərazilərindən biri olduğundan burada ov etmək qəti qadağandır. Ümumilikdə 7 min 136 hektar sahəni əhatə edən təsərrüfat çöl quşlarının növ müxtəlifliyi və qışlama dövründə əraziyə toplaşan quşların sayına görə İngiltərə və Niderlanddan sonra qitədə üçüncü yerdədir.

-1 / 22

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Dekabr 2025 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see171

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri