Icma.az
close
up
RU
Folklorun dili milli kimliyimizin qoruyucusudur

Folklorun dili milli kimliyimizin qoruyucusudur

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 13 fevral, AZƏRTAC

Xalqın, millətin varlığını, mövcudluğunu təsdiqləyən mühüm amillərdən biri, bəlkə də ən birincisi onun dilidir. Dil milli kimlik, milli mənsubiyyətdir. Prezident İlham Əliyevin ana dilimizə göstərdiyi diqqət hər bir Azərbaycan vətəndaşının ürəyindən xəbər verir. Azərbaycan dilinin dövlət dili kimi bütün sahələrdə tətbiqi, yüksək tribunalarda təqdir edilməsi son dərəcə aktualdır. Dövlətimizin başçısının dilimizin qorunması, inkişafı və zənginləşməsi ilə bağlı verdiyi fərmanlar, ötən il AMEA-nın 80 illik yubiley yığıncağında çıxışı və bu il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi ana dilini sevən, dilə bağlı olan hər kəsin böyük rəğbətinə səbəb oldu.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi dosent Aynurə Səfərova deyib. O bildirib ki, dilimizin min illər ərzində öz mövcudluğunu qoruyub yaşatmasında, keçmişdən bugünədək ötürülməsində və zənginləşməsində şifahi ədəbiyyatın, o cümlədən folklor örnəklərinin rolu böyükdür: “Dilin qüdrətini atalar sözləri və deyimlərimizdə, frazeologizmlərdə, məcazlarda və digər söz qruplarında izləmək mümkündür. Dilin zənginliyi mükəmməl şifahi və yazılı ədəbiyyat incilərinin yaranmasına şərait yaradır. Ömrün bütün mərhələlərində daşlaşmış, qəlibləşmiş ifadələrin, alqışların, xeyir-duaların, məsəllərin, deyimlərin funksionallığını görmək, folklor örnəklərində dil möcüzəsini izləmək mümkündür. Ayrı-ayrı mərasimlərdə, toyda, nişanda, xınayaxdı günlərində alqışlardan, xeyir-dualardan istifadənin fəallaşdığını müşahidə edirik. İnsanlar dünyadan köçən əzizlərini ağılarla, həzin, kövrək laylalarla yola salırlar. Deməli, dil və folklor paralelliyi ömrün bütün çağlarında həmahəng gedir. Folklor mətnləri ana dilinin təmiz, zəngin leksikasını özündə qoruyur, bu xəzinəni nəsildən-nəslə ötürür. Folklor örnəkləri ana dilinin yaşamasında, yad təsirlərdən qorunmasında, dialekt və şivələrin unudulmamasında, “diri” qalmasında və zənginləşməsində müstəsna mövqeyə sahibdir”.

Aynurə Səfərova nağıl dilinin şirinliyinin, özünəməxsusluğunun kiçik yaşlardan insanların xəyal dünyasına, mənəviyyatına təsir etdiyini söyləyib: ““Biri var idi, biri yox idi...”, “Göydən üç alma düşdü: biri mənim, biri nağıl deyənin, biri nağıla qulaq asanın...” kimi nağıl formulları yaşlı və orta nəsillərin ən sevdiyi, ruhuna yaxın bildiyi kəlmələrdir. Dastanlardan tanıdığımız Oğuz igidlərinin şücaəti, əzmkarlığı ailədə oğul övladların tərbiyəsində çox mühümdür. Dastan qəhrəmanlarının danışıq dili, mərdliyi, əyilməzliyi, vüqarlı, hünərli olmaları bütün Azərbaycan gəncləri üçün örnəkdir. Vətən sevgisini, doğma yurda, torpağa bağlılığı, onu göz-bəbəyi kimi qorumağı dastan qəhrəmanlarının örnəyində öyrətmək həm bu günün, həm də gələcək nəsillərin tərbiyəsində vacibdir. Azərbaycan türkcəsinin ən dəyərli və qədim söz incilərindən olan “Kitabi-Dədə Qorqud” dastanında dilimizin zənginliyi, möhtəşəmliyi aydın görünür.

Ana dilinin gözəlliyi, obrazlılığı bütün digər örnəklər kimi bayatılarda da təzahür edir. Bayatıların da dili obrazlıdır, məzmun cəhətdən zəngindir. Dörd misralıq bir mətndə bitkin süjet xətti təqdim edilir, böyük bir romanda baş verən hadisələrə bərabər informasiya yükü ötürülür. Bayatıların, ümumiyyətlə, folklorun dili ürəyəyatımlıdır, daha sadə, anlaşıqlı və xəlqidir. Folklorun əksər örnəkləri lirik-poetik elementlərlə zəngindir. Hətta epik təhkiyədə – nağılların, dastanların, xüsusən yanıltmacların dilində xüsusi ahəngdarlıq, alliterasiya izlənilir.

Azərbaycan dilinin tarixi Azərbaycan xalqının özü qədər qədimdir. Azərbaycan dilinin taleyi Azərbaycan xalqının taleyi ilə sıx şəkildə bağlıdır. Məhz buna görə milli mənsubiyyətimizi, kimliyimizi, dilimizi, folklorumuzu və adət-ənənələrimizi daim qorumalı, yaşatmalı, gələcək nəsillərə ötürməliyik. Bu, hər birimizin vətəndaşlıq borcumuzdur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Fevral 2026 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri