Icma.az
close
up
RU
Formalizmə xidmət edən format: Minsk qrupunun ləğvi regional reallıqların tanınmasıdır

Formalizmə xidmət edən format: Minsk qrupunun ləğvi regional reallıqların tanınmasıdır

Icma.az bildirir, Oxu.az portalına istinadən.

"2025-ci il sentyabrın 1-i beynəlxalq diplomatiya tarixində mühüm dönüş nöqtəsi kimi yadda qaldı. ATƏT-in Nazirlər Şurası uzun illər fəaliyyət göstərən, lakin son dövrlərdə getdikcə formal xarakter daşıyan Minsk qrupunun fəaliyyətinə rəsmən son qoydu. Bu qərar yalnız bir institutun bağlanması deyil, eyni zamanda, beynəlxalq münasibətlər sistemində yeni reallıqların tanınması deməkdir".

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib.

O bildirib ki, 1992-ci ildə yaradılan Minsk qrupu Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün əsas beynəlxalq platforma rolunu oynayırdı:

"Lakin 30 ilə yaxın müddətdə qurumun fəaliyyəti nəticəsiz danışıqlarla yadda qaldı. Müxtəlif dövlətlərin həmsədrliyi institutun neytrallığını şübhə altına saldı, qərarların icrasız qalması isə onun effektivliyini ciddi şəkildə zəiflətdi. 2020-ci ilin 44 günlük müharibəsindən sonra regionda tamamilə yeni siyasi-hərbi mühit formalaşdı. Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, nəticədə Minsk qrupunun mövcudluq zəminləri əhəmiyyətini itirdi. 2025-ci ildə ATƏT-in atdığı addım faktiki olaraq bu reallıqların beynəlxalq miqyasda təsdiqi oldu".

"Minsk qrupunun ləğvi Azərbaycan üçün mühüm siyasi və diplomatik nailiyyət sayılır. Çünki bu qərar Azərbaycanın illərlə səsləndirdiyi mövqeyi - münaqişənin artıq tarixə qovuşduğunu və yeni əməkdaşlıq mərhələsinin başlandığını təsdiqlədi. Bundan sonra Cənubi Qafqazda sülh gündəliyinin müəyyənləşdirilməsi birbaşa region dövlətlərinin siyasi iradəsinə bağlı olacaq", - deputat əlavə edib.

Millət vəkilinin sözlərinə görə, bu hadisə həm də beynəlxalq vasitəçilik təcrübəsinə dərsdir:

"Minsk qrupu nümunəsi göstərdi ki, illərlə nəticə verməyən və tərəflərin etimadını itirən formatların yaşaması yalnız siyasi formalizmə xidmət edir. ATƏT-in qərarı beynəlxalq təşkilatların daha çevik, ədalətli və nəticəyönümlü mexanizmlərə ehtiyacını ortaya qoydu. Minsk qrupunun fəaliyyətinin dayandırılması Cənubi Qafqazda yeni əməkdaşlıq imkanlarının açılmasına şərait yaradır. Bu mərhələdə Azərbaycan, Ermənistan və Gürcüstan arasında birbaşa dialoq mexanizmləri formalaşa, regiondakı əsas tərəfdaş dövlətlər - Türkiyə, Rusiya, İran və Avropa İttifaqı ilə yeni əməkdaşlıq formatları aktuallaşa, iqtisadi inteqrasiya, nəqliyyat-kommunikasiya layihələri və sülh sazişi istiqamətində real addımlar atıla bilər".

"ATƏT-in Minsk qrupunu ləğv etməsi beynəlxalq diplomatiyada uzun illərdən bəri davam edən formalizmin sonu və regional reallıqların tanınmasıdır. Bu qərar həm Azərbaycan üçün strateji qələbə, həm də Cənubi Qafqaz üçün yeni sülh və əməkdaşlıq mərhələsinin başlanğıcıdır", - parlamentari fikrini yekunlaşdırıb.

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Sentyabr 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri