Icma.az
close
up
RU
Fransa Ermənistanın Kəlbəcərə hücumu öz ərazisindən başlatması faktını örtbasdır etməyə çalışıb ŞƏRH AZƏRTAC

Fransa Ermənistanın Kəlbəcərə hücumu öz ərazisindən başlatması faktını örtbasdır etməyə çalışıb ŞƏRH AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 25 noyabr, AZƏRTAC

Bu gün Kəlbəcər rayonunun Ermənistanın işğalından azad edilməsinin dördüncü ildönümüdür. Bu tarixi nailiyyət Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və bacarıqlı rəhbərliyi sayəsində mümkün olub.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Qaya Məmmədov söyləyib.

O bildirib ki, bu misilsiz zəfərimizi qeyd edərkən, 1993-cü ildə Kəlbəcərin işğalı zamanı baş vermiş faciəvi hadisələri də xatırlayırıq. Kəlbəcər rayonu uzunmüddətli mühasirə və şiddətli döyüşlərdən sonra 1993-cü ilin aprel ayının əvvəlində işğal edilmişdi. Ermənistan ordusu birbaşa öz ərazisindən - Basarkeçər istiqamətindən silahlı hücuma keçərək Kəlbəcər rayonunu işğal etdi və rayonun 60 min nəfərdən artıq sakinini etnik təmizləməyə məruz qoydu. Rayon əhalisinin əksəriyyəti bir gündən az müddət ərzində 3 min metrdən artıq yüksəklikdən keçən dağ keçidlərindən piyada qaçmağa məcbur oldu, yüzlərlə insan donvurma nəticəsində həyatını itirdi. Ermənistanın hərbi birləşmələri mülki əhaliyə qarşı rayonun bir çox yerində, o cümlədən Başlıbel, Zülfüqarlı və Günəşli kəndlərində kütləvi qırğınlar törədib. Çoxlu sayda Kəlbəcər sakini itkin düşmüşdü. Ermənistan məcburi itkin düşməyə məruz qoyduğu azərbaycanlıların taleyinə aydınlıq gətirməkdən, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törədənləri ədalət mühakiməsi qarşısına çıxarmaqdan boyun qaçırır. Əksinə Ermənistan bu cinayətlərdə iştirak etmiş şəxsləri, o cümlədən Kəlbəcərdə azərbaycanlıların etnik təmizlənməsinə şəxsən rəhbərlik edib və digər müharibə cinayətləri törətmiş Monte Melkonyanı qəhrəmanlaşdırır.

İşğal dövründə Ermənistan Kəlbəcəri viran qoyub, onun mədəni irs abidələrini, qəbiristanlıqlarını və infrastrukturunu məhv edib və təbii sərvətlərini talayıb. Ermənistan 2020-ci ilin noyabrında nizamlı şəkildə geri çəkilmək üçün yalvarıb aldığı əlavə vaxtı belə vandalizm aktları törətmək, o vaxta qədər salamat qalmış binaları yandırmaq, heyvanları öldürmək və bitki örtüyünü dağıtmaq üçün istifadə edib.

“Kəlbəcərin işğalı məsələsində Fransanın məsuliyyətinə toxunmaq vacibdir. 1993-cü ilin aprel ayında BMT Təhlükəsizlik Şurası (TŞ) Kəlbəcərin işğalı barədə qətnamə layihəsini müzakirə edərkən, TŞ-nin daimi üzvü olan Fransa Ermənistanın Kəlbəcərə silahlı hücumu birbaşa öz ərazisindən başlatması faktını ört-basdır etməyə çalışıb. Bu, Təhlükəsizlik Şurasının digər üzvləri tərəfindən təqdim edilən, Ermənistanın təcavüzünü və sülhü pozmasını sübut edən, peyk görüntüləri də daxil olmaqla, danılmaz dəlillərə baxmayaraq, baş verib. Bu fakt göstərir ki, Fransa əslində Ermənistanın Kəlbəcəri işğalını dəstəkləyib və onu işğalı otuz ilə yaxın müddət ərzində davam etdirməyə cəsarətləndirib”, - deyə Q.Məmmədov vurğulayıb.

Deputat əlavə edib ki, bu gün biz Kəlbəcərin şəhid olmuş qəhrəman müdafiəçilərinin və günahsız mülki qurbanlarının xatirəsini ehtiramla yad edirik. Rayonun davam edən yenidənqurma və bərpası bizi sevindirir. Əminik ki, aparılan irimiqyaslı bərpa işləri keçmiş məcburi köçkünlərin tezliklə geri qayıtmasına şərait yaradacaq və bu bölgəni yenidən Azərbaycan iqtisadiyyatının və mədəniyyətinin mühüm mərkəzlərindən birinə çevirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Noyabr 2024 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri