Fransa polisi şagirdlərə hücum edən 15 yaşlı yeniyetməni dindirə bilmədi
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fransanın Nant şəhərində lisey şagirdlərinə hücum edən yeniyetmə psixiatriya klinikasına yerləşdirilib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə TF1 telekanalı prokurorluğa istinadən məlumat verib.
Bildirilir ki, 15 yaşlı yeniyetmənin psixi vəziyyəti onun polis nəzarətində saxlanılmasına imkan vermir.
Prokurorluqdan hücumçunun daha sonra dindiriləcəyi vurğulanıb.
Qeyd edək ki, qorxunc hadisə aprelin 24-də baş verib. Bıçaqla silahlanmış 15 yaşlı şagird liseyin müxtəlif mərtəbələrində iki sinfə daxil olaraq şagirdlərə hücum edib. Əvvəlcə o, lisey (yuxarı sinif) şagirdinə bıçaqla hücum edib, sonra bir mərtəbə aşağı düşərək ibtidai sinif şagirdlərinə xəsarət yetirib. Binada lisey, kollec (orta məktəb) və iki ibtidai məktəb yerləşir.
Müəllimlər polis gələnə qədər hücum edəni saxlaya biliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 25 Aprel 2025 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















