Fransa və Çin süni intellektin idarə olunmasında daha aktiv rol oynamaq istəyir
Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Fransa prezidenti Emmanuel Makron və Çinin baş nazirinin müavini Canq Quoçinq süni intellektin qlobal idarə olunmasında daha böyük rol almaq istədiklərini bəyan ediblər.
Banco.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron beynəlxalq Süni İntellekt Fəaliyyət Sammitində iştirak etmək üçün paytaxt Parisə gələn Canq Quoçinqi Yelisey Sarayında qəbul edib.
Yelisey Sarayının görüşlə bağlı bəyanatında bildirilir ki, hər iki siyasətçi ölkələrinin süni intellektin qlobal idarə olunmasında daha aktiv rol oynamaq istədiklərini ifadə ediblər.
Bəyanatda həmçinin qeyd olunur ki, siyasətçilər bu texnologiyanın potensialını inkişaf etdirmək arzusuna və yaratdığı risklərin nəzarət altına alınmasının vacibliyinə toxunublar.
Bundan əlavə, bəyanatda Makronun Avropa İttifaqı (Aİ) və Çin arasında ticarət mövzusunda açıq dialoqu davam etdirməyə sadiq olduğunu bildirdiyi və “Rəqabət qaydaları şirkətlərimiz üçün ədalətli olmalıdır” ifadəsinə yer verildiyi vurğulanıb.
Görüşdə Makronun Çindən Aİ-nin konyak sektoruna qarşı tətbiq etdiyi tədbirləri ləğv etməsini tələb etdiyi bildirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 11 Fevral 2025 08:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















